Rusiyalı həkim və alim Piroqov adına Moskva Universitetinin professoru Lyubov Sokolovanın sözlərinə görə, şəkərin həddindən çox istehlakı damarlara yağın istehlakından qat-qat daha ciddi zərər vurur.
Həkim bildirib ki, onun fikrinə görə, son vaxtlar ürək-damar sistemi xəstəliklərinin kəskin artması məhz insanların çoxlu miqdarda şəkərin istehlakı ilə izah olunur.
araz.az bildirir ki, professorun sözlərinə görə, şəkər damarlarda iltihab yaradır. İltihablaşmış damarlarda isə xolesterin yığılmağa başlayır ki, bu aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun başlıca səbəbidir.
Alim şəkər və xüsusilə dükanlarda satılan şirniyyatların istehlakını minimuma çatdırmağı, şirniyyatları meyvə və meyvə quruları ilə (yenə də az miqdarda!) əvəz etməyi tövsiyə edirlər.
araz.az xəbər portalı.