“Qarşıdakı müddət ərzində yeni stansiyaların hansı istiqamət üzrə inşaası ilə bağlı qərarlar qəbul olunacaq. Veriləcək qərardan sonra “Bakı Metropoliteni”nin istiqamətləri bəlli olacaq”.

araz.az xəbər portalı bildirir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib

O əlavə edib ki, “Bənövşəyi” xəttin layihə adı “B-04” olan stansiyası 2025-ci ildə hazır olacaq: “Qeyd olunan stansiyanın tikintisi ilə bağlı daha bir mərhələ bu il yekunlaşacaq. Lakin “B-04″ metrostansiyasının istismarı 2025-ci ildə baş tutacaq”.

Bəxtiyar Məmmədov daha sonra deyib ki, Bakı şəhərinin Baş Planının təsdiq olunması və orada göstəriən müddətlər prioritetləri göstərir: “İşlərin icraası ilə bağlı mexanizmlər qaşıdakı müddətdə bəlli olacaq. Şəhərin tələblərinə uyğun olaraq bütün infrastrukturların əsas inkişaf istiqamətləri nəzərə alınaraq metropolitenlə bağlı da qərarlar veriləcək.

Hazırda xətlərin ayrılması və dairəvi xəttin yaranması prioritetdir. Lakin qarşıdakı günlərdə prioritetlər dəyişə bilər və Qaraçuxur, Bakıxanov, Yeni Günəşli istiqamətində xətlərin inkişafını dayandırıb, digər istiqamətə nəzərə yetiməyimiz vacib ola bilər. Baş Planda 2040-cı ilə qədər olan dövrdə əsas prioritet xətləri ayırmaq, “Bənövşəyi” xətti 8-ci stansiyaya qədər gətirmək və dairəvi xətti yaratmaqdan ibarətdir”.

araz.az xəbər portalı.