“Vətəndaş məhkəməyə müraciət etməli və haqqını məhkəmə ilə bərpa etməlidir”.

araz.az bildirir ki, bu açıqlamanı, tanınmış  vəkil Əkrəm Həsənov sosial şəbəkə üzərindən lotereya oynayan vətəndaşların, qarşı tərəfdən pullarını ala bilməməsi ilə bağlı məsələnin hüququ tərəflərini izah edərkən verib Vəkil bildirib ki, bunun adı lotoreya olsa da tərəflər arasında qarşılıqlı mülki öhdəlikdir:

“Məsələn, vətəndaşlar yığılır, hər ay pul qoyulurlar və onlardan biri onu götürür. Əgər kimsə bu oyunda pulunu ala bilmirsə məhkəməyə müraciət etməlidir”.

 

Əkrəm Həsənov vurğulayıb ki, həmin vətəndaşın məhkəmədə sübutu olmalıdır:

“Amma sosial şəbəkələrdə adətən yazışma olur, yəni bilmirsən ki, profildəki həmin adamdır ya yox. Profili saxta da ola bilər. Bunun üçün lotereya oynayanda mütləq insanların şəxsiyyət vəsiqəsinə baxılmalıdır. Həmin şəxsin adını, kimliyini, məlumatlarını bilib və pulunu ala bilməyəndə onu məhkəməyə verməlidir”.

araz.az xəbər portalı.