Qazax rayonunda bloqqer həbs olunub.
araz.az-ın məlumatına görə, bloqqerliklə məşğul olan Elnur Quliyev rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək səs-küy salıb və etiraz edib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunaraq məhkəməyə çıxarılıb.
Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 günlük inzibati həbs qərarı seçilib.
araz.az xəbər portalı.