“Rusiya prezidenti “Rossiya 1” kanalına müsahibəsundə ABŞ-da indiki prezident Co Baydenin, yaxud keçmiş prezident Donald Trampın ona daha sərfəli olması haqda suala: “Bayden. O, daha çox proqnozlaşdırılan adamdır” – deyə cavab verib. Bir sıra analitiklər bu açıqlamanı ABŞ-da qarşıdan gələn prezident seçkilırində Putinin Co Baydenə dəstəyi kimi dəyərləndirir. Amma hesab edirəm ki, Vladimir Putin belə bir açıqlaması, ABŞ-da keçiriləcək prezident seçkilıri ilə bağlı onun xüsusi planlarının mövcudluğunu göstərir və əsl həqiqətdə Putinin Bayden haqqında açıqlaması Baydenin ziyanına işləyəcək”.
araz.az xəbər verir ki,bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.
V.Dadaşovun fikrincə, Putin bu açıqlaması ilə Donald Trampın boynundan Rusiyanın adamı yükünü götürmək istəyir:
“Ən əsası isə Putinin Bayden haqqında belə xoş sözlərinin arxasında bir eyham gizlənir. Bir növü işarə edir ki, Baydenin tam fəaliyyət qabilətsizliyi Rusiya üçün məqbul variantdır. Xüsusən, Baydenin əqli və fəaliyyət qabiliyyəti ölkə daxilində böyük şübhə, sual doğurduğu bir zamanda. Bu şübhənin ABŞ siyasi elitasında və cəmiyyətində geniş müzakirəsi fonunda Putinin Baydeni tərifləməsi səmimiyyətdən deyil. Əlbəttə ki, ABŞ seçiciləri, daha doğrusu seçicilərin nümayəndələri Putinin qeyd edilən yanaşmasını nəzərdən qaçıran deyil.
araz.az xəbər portalı.