Bakıda qaydaları kobud şəkildə pozan sürücü peyda olub. 

araz.az   xəbər verir ki, etdiyi hərəkətləri videoya çəkən sürücü sosial şəbəkə hesabında paylaşıb. Belə ki, 77-ED-570 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü paytaxtın Babək prospekti ilə kəsişən küçələrin birində tam olaraq əks istiqamətlə hərəkət edib. O, qarşıdan gələn avtobusun və digər avtomobilin qarşısına çıxaraq onlara təhlükə yaradıb. Digər görüntü isə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü sağ hərəkət hissəsindən qəfil sola keçərək şou göstərib. Bu hərəkəti edən zaman körpüyə çırpılmaqdan son anda qurtulub.

araz.az xəbər portalı.