Son günlər cəmiyyətdə kədərli hadisələrin sayı durmadan artır, cinayət əməlləri, intihar, xəstəlik səbəbindən, dəm qazından, avtomobil qəzasından (xüsusilə gənclər) soydaşlarımız ölümləri bizi dərin üzüntüyə kədərə salır.

Elə olur ki, faciəli olaylar o qədər intensivləşir ki, adamın bəzən ay ərzində üzü gülmür. Amma sağ olsun, Dövlət Statistika Komitəsi… Hər dəfə onun hesabatların oxuyanda o qədər gülürəm ki, üzüm də gülür, gözüm də gülür, hələ desəniz yadıma düşəndə dübarə gülürəm…

Komitə ötən günü xəbər verir ki , bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəliri 5 milyard 618,8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur. Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə əvvəlki ilə nisbətən 3,9% artaraq 552 manata çatıb.

Gözümə inanmadım, əl qatdım, araşdırmaya! Deməli, mən 2021-ci ildən bu günə qədər hər ay 538 manat maaş alıram. 2021-ci ilin yanvar ayının sonunda aldığım maaşı götürüb getdim marketə. Çox şeylər aldım: qənd, yağ, düyü, makaron , vermeşil , yumurta … Yadımda qalan odur ki, 5 ədəd ağ yumurtanı 12 qəpiyə, bir o qədər də sarı yumurtanın hər birinə 16 qəpik, kənd yumurtasının da birini 20 qəpikdən aldım.
Aradan artıq 3 il keçib və mənim maaşım hələ 538 manat olaraq qalıb, amma əndamı yanmış yumurtaların qiyməti vurub kəllə-çarxa.
Bu gün bazarlıq etdiyim marketdə 12 qəpiklik yumurtanın 10 dənəsi 2.10 , sarı orqanik yumurtanın 10 dənəsi 3 manat, hələ bir “gəzən toyuq yumurtası” adlı 10-luq “paçka”dakı yumurtanın qiymətinin 3,60 manat olduğunu görəndə təpəmdən tüstü çıxdı. Ayrı ərzaqları hələ hesablamıram haa, yalnızca yumurtanı hədəf almışam. Mənim maaşımda ki, 538 manatdan bir qəpik artmayıb, amma yumurta 100 faiz özünü qaldırıb qoyub göyün bir qatına.

Bayaqdan getmişəm ”çorta”, əhalinin biri mən, yaxşı bəs mənim artan gəlirim hanı? Azərbaycan əhalisinin nominal gəliri olan  5 milyard 618,8 milyon manatdan mənə 3 qəpik düşməyib?

Çox hörmətli Dövlət Statistika Komitəsi, deyirsən e, gəlir artıb! Deyirsən, amma göstərmirsən! Nolar o artan gəliri göstər də , demək yetmir axı… imkanın varsa göstər …

Xatırladım ki, Dövlət Statistika Komitəsi yanvar ayında daha bir komik açıqlama etmişdi. Beləki, DSK ölkədə ÜDM 2022-ci ildə 133,8 milyard manat, 2023-cü ildə isə 12 114
necə olur ki, Azərbaycan iqtisadiyyatında 1%-dən çox artım olduğu deyilir. Rəqəmlər geriləmədən danışır axı? Ya da, bir açıqlama versinlər görək, 123 milyard çoxdu yoxsa, 133,8 milyard? Yaxud da birdəfəlik desinlər ki, sizin riyaziyyatdan və rəqəmlərdən başınız çıxmır.
Allah size güldürsün , haaaa….

araz.az xəbər portalı.