“Bizim məqsədimiz NATO-ya üzv olmaqdır. İnanıram ki, biz buna layiqik”.
araz.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti V.Zelenski Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlük prosesi qaçılmazdır: “Ukraynanı Alyansa yaxınlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
O, Ukrayna əsgərlərinin Donetsk vilayətinin Avdiyivkadan çəkilmə qərarına da toxunaraq bunu məntiqli sayıb: “Biz xalqımızı, əsgərlərimizi qoruyuruq, çünki bu, müdafiənin mənasıdır. Avdiyivkadakı Ukrayna əsgərlərinin mühasirəyə düşməməsi üçün geri çəkildik. Bu o demək deyil ki, kilometrlərlə geri çəkilmə var. Rusiya əslində bu geri çəkilmələrlə heç nə ələ keçirmədi. 2 illik müharibədə onlar bizim təkcə şəhərlərimizi dağıtmadılardıblar, hər şeydən çox həyatımızı məhv ediblər”.
Əllərində olan silahların saşaçda qəlbələrə kifayət etmədiyinə işarə edən Zelenski bildirib ki, müvafiq silah-sursat tədarükünü gözləyirlər: “Uzaqmənzilli silahlar yoxdur. Rusiyada bunlar var, bizdə isə çox azdır. Həqiqət budur. Ona görə də , bu gün əsas silahımız əsgərlərimizdir. Xalqımızın və tərəfdaşlarımızın dəstəyinə arxalanırıq. Tərəfdaşlarımıza minnətdarıq. Patirot, IRIS-T, NASAMS hava hücumundan müdafiə sistemlərini almağa başladıq. Amma bunlar sürətlə irəliləmək üçün kifayət deyil. Həll yolu çox sadədir, insanlar hava müdafiəmizin güclü olduğu yerlərə qayıdırlar. Şəhərin iqtisadiyyatı yüksəlir”.
araz.az xəbər portalı.