Çeçenistan rəhbərinin böyük oğlu Axmat Kadırov respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.
araz.az Rusiya KİV-ə istinadla bildirir ki, təyinat ona ali mükafat – respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov” adına ordenin təqdim edilməsi mərasimindən sonra məlum olub.
Regional parlamentin rəhbəri Maqomed Daudov Ramzan Kadırovun 18 yaşlı böyük oğlunun yeni vəzifəsini elan edərək, onu orden alması münasibətilə təbrik edib.
araz.az xəbər portalı.