Həkim Yelena Andreeva süd vəzisi xərçənginin yaranmasında iki əsas faktoru açıqlayıb.

araz.az   xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, risk faktorları siyahısında çəki problemləri yüksəkdir.

Onun sözlərinə görə, reproduktiv yaşda bədən kütləsi indeksinin normadan, yəni 25-dən yuxarı artması döş xərçənginin inkişaf riskini iki dəfə çoxaldır:“Bədən kütləsi indeksi nə qədər yüksək olarsa, döş xərçənginin inkişaf riski də bir o qədər yüksəkdir. Xərçəngin inkişafı üçün digər mühüm risk faktoru spirt istehlakıdır. Bundan əlavə, qadının stresli vəziyyətlərə görə bu xəstəliyə tutulma riski daha çox olur”.

araz.az xəbər portalı.