Kəklikotu xoş ətirli, antiseptik təsirə malik ədviyyat olmaqla yanaşı, həm də immunitet sistemini gücləndirir və yüksək antioksidant tərkibə malikdir.
araz.az xarici mediaya istinadən xəbər verir ki, kəklikotu xalq təbabətində çox qədim zamanlardan istifadə edilən bir bitki növüdür.
Yeməklərin dadına dad qatan, həzmi asanlaşdıran kəklikotu şəfalı bitki olaraq xalq arasında geniş yayılıb.
Kəklikotu ağciyər, bronxlar, mədə və bağırsaq narahatlıqlarının aradan qaldırılmasına yardım edir. Öskürək və üst tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə olunur. Bu bitki qan dövranını nizamlayır, qanda şəkəri salır, bağırsaq parazitlərinə qarşı təsirli rol oynayır.
Antiseptik təsirə malik kəklikotu dəri problemlərində də sıx istifadə edilir. Tiroid narahatlığı olanlara və hamilə qadınlara mənfi təsir göstərir.
Kəklikotu yağının qaraciyərə zərəri var, ona görə diqqətli istifadə olunması məsləhətdir.
araz.az xəbər portalı.