“İsrail bu işğallarla beynəlxalq hüququn üç əsas prinsipini pozub…”
Bu gün BMT-nin Beynəlxalq Məhkəməsi “İsrail tərəfindən Fələstin dövlətinin yaradılmasına iddia edilən torpaqların 57 illik işğalının qanuniliyi barədə məsələ üzrə” dinləmələrə başlayacaq. İclasda misli görünməmiş sayda ölkələr iştirak edəcək.
araz.az xəbər verir ki, bu barədə “Associated Press” beynəlxalq informasiya agentliyi məlumat yayıb.
Haaqada Beynəlxalq Məhkəmə 52 dövlətin dəlillərini dinləyəcək, iş beynəlxalq dərəcəli 15 hakim tərəfindən aparılacaq, dinləmələr altı günə planlaşdırılıb.
ABŞ, Rusya və Çin kimi ölkələr Haqqada Sülh Sarayında həftəlik sessiyada hakimlər qarşısında çıxış edəcək.
“Bu işə İsrail ilə HƏMAS arasında müharibə fonunda baxılacağına rəğmən, əsas diqqət İsrail tərəfindən İordan çayının Qərb sahili, Qəzza bölgəsi və Şərqi Qüdsün müddətsiz işğalına yönələcək”, – məlumatda deyilir.
Bazar günü ilk olaraq çıxış edəcək Fələstin nümayəndələri “İsrail işğalının beynəlxalq hüququn üç həlledici prinsipini pozduğuna görə qanunsuz olduğuna” təkid edəcək, bunu jurnalistlərə bir qrup fələstinli hüquqşünas deyib.
Onlar bəyan edir ki, “İsrail böyük sahədə əraziləri ilhaq etməklə ərazi işğalı qadağasını, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu pozub və irqi-ayrıseçkilik və aparteid sistemini tətbiq edib”.
“Biz hakimlərdən yeni qərar gözləyirik. Onlar Cənubi Afrikanın iddiası üzrə soyqırım işinə baxmalı olub. İndi isə biz istəyirik ki, aparteidlə bağlı işə baxılsın”, – bunu Fələstin XİN-in BMT təşkilatları üzrə bölməsinin rəhbəri Ömər Avadullah deyib.
O, əlavə edib ki, məhkəmənin məsləhət rəyi “qanunsuz işğalla mübarizə üçün çoxsaylı alətlər əldə etməyə imkan verəcək”.
“Siyasi cəhətdən bu, iki dövlətin yaradılması haqqında qərarın qəbulunda kömək edəcək. Biz bu böyük məhkəmə orqanından işimizin irəliyə aparılması üçün istifadə edəcəyik”, – Avadullah əlavə edib.
Qərarın qəbulu üçün məhkəməyə aylar lazım olacaq, agentlik qeyd edib. Ekspertlər deyir ki, məsləhət rəyinin hüquqi nəticələri olmayacaq, lakin İsrailin işğalı və ilhaqının nəticələri məsələsində onlar böyük hüquqi və mənəvi nüfuz qazanacaq.
İsrail dinləmələrdə çıxış etməyi planlaşdırmır, lakin davam edən işğalın xüsusilə HƏMAS-la savaş fonunda təhlükəsizlik mülahizələri ilə izah edilməsi barədə yazılı bəyanat tədqim edə bilər.
Bunu Yəhudi Universiteri və İsrail Demokratiya İnstitutunun baş elmi əməkdaşı hüquq professoru Yuval Şani deyib.
Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2022-ci ilin oktyabrında İudeya və Samariyada yəhudi məskənlərinin sayı yarım milyonu ötüb.
Son onillikdə isə İudeya və Samariya əhalisi 143 min sakin artıb, bu da on ilə 38 faizlik artım deməkdir. Region sakinlərinin 26 faizi kübar, 37 faizi dini sionistlər, 37 faizi isə ortodoksal yəhudilərdən ibarətdir.
araz.az xəbər portalı.