Fevralın 20-də saat 14.00-da Mətbuat Şurasında Şuranın və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçiriləcək.

araz.az   bildirir ki, toplantıda hər iki qurumun təmsilçilərinin, o cümlədən, media və elm ictimaiyyətinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyası “Ziyayi Qafqaziyyə (1880-1884)”  adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapdan çıxıb. “Elm və təhsil” nəşriyyatında ərsəyə gəlmiş yeni nəşrin baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Onu da bildiririk ki, “Ziyayi-Qafqaziyyə” qəzetini transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi mərhum alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş Müştəba Əliyevdir.

Rəşad CƏFƏRIİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.