2023-cü ilin dekabrında DİN-nin Baş Mütəşəkkil Cİnayətkarlığa Qarşı Mübarizə İdarəsi tərfindən həbs edilən və barəsində Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilən dunyaninsesi.az saytının baş redaktoru Ərşad İbrahimov Baş Prokuror Kamran Əliyevə müraciət edib.
araz.az bildirir ki, jurnalistin ailəsindən saytımıza verilən məlumata görə, Ərşad İbrahimov öz şikayətində qanunsuz həbs edilməsi ilə yanaşı “Bandotdel”də döyülməsindən bəhs edib.
Jurnalist şikayətində bildirib ki, onun bədənində çoxsaylı xəsarət izləri var.
Ərşad İbrahimov barəsindəki cinayətin işinin obyektiv istintaqının təmin olunması üçün ciddi nəzarətin aparılmasını və döyülməsi barədə şikayətinin prokurorluq tərəfindən araşdırılmasını xahiş edib.
Qeyd edək ki, 2023-cü ilin sonunda həbs edilən jurnalist 2021-ci ildə hədə-qorxu yolu ilə pul almaqda təqsirli bilinir.
Jurnalist isə ittihamı rədd edir.
araz.az xəbər portalı.