Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. 

Bəziləri bu şəxsləri dəli adlandırsalar da psixoloqlar fərqli düşüncədir.

araz.az bildirir ki, bu barədə psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, stressdən çıxmağın müxtəlif yolları var və buna beynin müdafiə mexanizmi deyirlər.

Bəzən kimsə istirahətə getməklə, kimsə yatmaqla, yaxud hansısa bir məsələni zarafata salmaqla stressdən qurtulmağa çalışırlar.

Elə hallar da olur ki, kimsə bunu öz-özünə danışmaqla edir:

“Normal olmayan hərəkətlər xəstəlik əlamətləri deyil. Təbii ki, öz-özünə danışmaq hamıya xas xüsusiyyət deyil, amma kiminsə öz-özünə danışmağı onu xəstə adlandırmağa əsas vermir. Həkim müayinəsi ilə təsdiq edilmədiyi halda heç kəsə xəstə diaqnozu qoymaq olmaz”.

Psixoloq hesab edir ki, öz özüne danışan insanlar dəli sayılmır

araz.az xəbər portalı.