Bu günlərdə Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifini artırdı. Qərar təbii ki, elektromobil sahiblərinin ürəyincə olmadı. Lakin bu heç də qərarın əsassız olması anlamına gəlmir.
araz.az Avtosfer.az-a istinadən xəbər verir ki, Forbes jurnalı elektromobil qəzaları və təmiri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, qəza zamanı elektromobilin təmiri ənənəvi avtomobildən 50% baha başa gəlir. Texnika yandıqda isə onu praktik olaraq söndürmək mümkün deyil. Yanmış elektromobil yalnız tullantı kimi təhvil verilə bilər. Detallar baha olmaqla yanaşı, servislərin çoxu qəza keçirmiş elektromobili təmir etməkdə maraqlı deyil.
Buna görə də əksər ölkələrdə elektromobilin sığorta qiyməti digər texnika ilə müqayisədə 23% çoxdur. Belə bir qiymət fərqi iqtisadi cəhətdən əsaslıdır.
araz.az xəbər portalı.