Ölən astronavtları gəminin göyərtəsində saxlamaq olmaz, çünki cəsəd mumiyalaşır və peyklərə çarparaq onlara ciddi ziyan vura bilər. Bu nəticəyə ABŞ-ın Baylor Kollecindəki Kosmik Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri gəliblər.

araz.az   Publika.az-a istinadla xəbər verir ki, onların araşdırması “Livescience” portalında dərc olunub.

Doktor Jimmy Voo izah edib ki, vakuumda insanın dərisindəki bütün mayelər anında buxarlanacaq və bədəndəki su donacaq, buna görə də kosmosdakı bədən sərtləşəcək və mumiyaya bənzəyəcək. Bu halda peykin və ya gəminin ölmüş astronavtla toqquşması meteoritin gövdəyə dəyməsinə bərabərdir ki, bu da nasazlıqlara səbəb olacaq.

Bundan əlavə, cəsəd hansısa planet və ya asteroid tərəfindən cəlb oluna bilər, bundan sonra səma cisminin bioloji çirklənməsi baş verəcək. Mütəxəssislər əmindirlər ki, ölən astronavt radiasiyanın təsiri altında tədricən toza çevriləcək, lakin bu, uzun illər çəkəcək.

ISS-də mərhumu Yerə çatdırmaq üçün 72 saat saxlaya bilən xüsusi çantalar var. Alim qeyd edib ki, söhbət uzunmüddətli uçuşlardan gedir, məsələn, Marsa.

araz.az xəbər portalı.