ABŞ-ın Miçiqan ştatının Saqino şəhərinin 21 yaşlı sakini həyatında ilk dəfə lotereya bileti alıb və 500 min dollar udub.
araz.az xəbər verir ki, bu barədə Michigan Lottery Connect məlumat yayıb.
“Mən necə oynayacağımı bilmirdim, ona görə də lotereya biletini evə apardım və valideynlərimdən mənə qaydaları izah etmələrini istədim. 500 min dollar udduğumu biləndə qərara gəldik ki, bilet saxtadır”, – gənc deyir.
Biletdə yazılanların doğruluğunu yoxlamaq üçün o, lotereya ofisinə gedib. İşçilər biletin şanslı olduğunu təsdiqləyiblər və onun yarım milyon udduğunu bildiriblər. Bəxti gətirən gənc bu məbləğin bir hissəsini xaricdə təhsilə xərcləmək, qalanını isə gələcəyə saxlamaq istəyir.
araz.az xəbər portalı.