Artıq çəkisi olmayan insanların belə bağırsaqlarında ən azı 3 kiloqram toksik maddə olduğu deyilir. Ancaq alternativ tibb mütəxəssisləri xüsusi resept vasitəsilə 72 saat ərzində bağırsaqlardakı bütün toksin və şlaklardan qurtulmağın mümkün olduğunu bildirirlər.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, pis vərdişlər və balanssız qidalanma bağırsaqlarda toksinlərin yığılmasına səbəb ola bilir. Stress və gərginlik də bu baxımdan bağırsaqlara mənfi təsir edir.
72 saatda bağırsaqları tamamilə təmizləmək üçün aşağıdakı reseptə əməl etmək lazımdır.
İstifadə olunan məhsullar:
Təbii alma sirkəsi – 1 xörək qaşığı
Limon şirəsi – 2 xörək qaşığı
Zəncəfil – 1 xörək qaşığı
Dəniz duzu – az miqdarda
1 stəkan içməli su
Hazırlanması:
Bir stəkan içməli suyu qaynadın və üzərinə duz əlavə edin. Sonra digər inqrediyentləri əlavə edib yaxşıca qarışdırın. Səhər yeməyindən əvvəl, acqarına istehlak edilməlidir.
araz.az xəbər portalı.