Yol polisi əməkdaşının etdiyi hərəkətin videogörüntüsü sosial şəbəkədə yayılıb.
araz.az xəbər verir ki, hadisə fevralın 20-də, Qəbələdə qeydə alınıb. Belə ki, 99-YP-579 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı yolu keçməkdə çətinlik çəkən fiziki məhdudiyyətli insanı görərək dayanıb. Polis əməkdaşı onun təhlükəsizliyini təmin etmək məqsədilə yolda hərəkəti dayandırıb. Daha sonra onun qolundan tutaraq yolu tam şəkildə digər tərəfə keçirib. Görüntünü izləyənlər polis əməkdaşının bu hərəkətini alqışalayıblar.
araz.az xəbər portalı.