xezerden.jpg

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə üç Türk ölkəsinin iştirakı ilə tarixi ipək yolunu Xəzər üzərindən bərpa etməyə çalışır.

Türkmənistanda jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, tarixi İpək yolunun canlandırılmasında Türkmənistan, Türkiyə və Azərbaycanın üzərinə çox böyük məsuliyyət düşür.

“Bu bölgədə ən önəmli üç ölkə bizik. Dolayısı yolla tarixi ipək yolunun canlandırılması, dəmiryollarının həyata keçirilməsi, enerji təhlükəsizliyi, Türkmənistan qazının TANAP kimi layihələrlə necə əlaqələndirəcəyimiz, Xəzər dənizinin dibindən neft kəmərlərini necə keçirməli olduğumuz kimi məsələləri müzakirə etdik” – deyə o bildirib.

 

araz.az xəbər portalı.