Azay Kərimov:” Surət Hüseynov və Vaqif Novruzov kabinetində Ələkrəmlə öpüşüb-görüşdülər…”
Tanınmış Qarabağ qazisi, polkovnik Azay Kərimov Bayraq günü ilə bağlı sosial şəbəkədə maraqlı paylaşım edib.
1993-cü ilin avqustunda separatçı Ələkrəm Hümbətovun Lənkəranda baş verən hadisələrdən bəhs edən paylaşımda milli dövlət bayrağı ilə də bağlı məqamlar olduğunu nəzərə alıb həmin statusun əsas hissəsini nəzərinizə çatdırırıq:
“Olduğu kimi… Lənkəran hadisələrinin ilk günü, ilk gecəsi idi. 1993-cü il avqust… Ələkrəm Humbətov və onun “mudafiə naziri”, alayın butun şəxsi heyəti muhasirədə idi. Alayın icində isə 8 “BMP-1” , 6 tank var idi, eləcə də “Ural”, “ Zil” avtomobilləri və onlara qoşulan 85 mm-lik qumbaraatanlar. Şəxsi heyyət dişlərinə kimi atici silahlarla silahlanmişdi. Vəziyyət cox gərgin idi! Prezident Heydər Əliyev hər 5 dəqiqədən bir “AzTV” ilə canli yayima cixaraq ad və soyadlarini cəkərək Rövşən Cavadova, Nizami Şahmuradova, Lənkəran muharibə veteranlarina və xalqa muraciət edirdi…. Hər 5 dəqiqədən bir tapşiriqlar verirdi… Hec bir halda hərbi texnikanin alayın ərazisindən cixmasına icazə verilməməli idi. Əgər texnika cixsa, vətəndaş muharibəsi başlayacaq, qardaş qırgını tökuləcək… Və xarici qüvvələr bundan istifadə edərək bizim mustəqilliyimizə ciddi zərbə vuracaq və biz Mustəqil Dövlət kimi qala bilməyəcəyik. Rövşən Cavadov əsas və giriş qapisina 4 ədəd tank əlehinə “Faqot” raketi, Nizami Şahmuradov isə alayın ikinci ehtiyat qapisinda tank əleyhinə 73 mm-lik “SPQ-9” nişanlamişdi. Bundan əlavə 2 nəfər “omon”çu qumbaraatanla hazir vəziyyətdə idi. Mən də işimin yarisini görmuşdum. Belə ki, alayın şəxsi heyətinin qərargahin ətrafina yigişib siqaret cəkmələrindən istifadə edib parkdakı “BMP”- lərin arxa qapisindan girərək “şit”də akumulyatorlarin vəziyyətini öyrənə bilmişdim – “0”C. Amma tanklara girə bilmədim, cunki tanki zəif bilirdim, həm də ələ keçib öldurulməyimdən qorxdum. Etiraf edim ki, həyəcandan əllərim əsirdi. Həm də mənim yaxalanmağım onlar ucun hücuma keçmək üçün bir bəhanə ola bilərdi. Bu vaxta qədər alayın həyətindən bayırdakı dinc sakinlərə atəş acilmiş və 4 nəfər ŞƏHİD olmuşdu. Bunu da bilirdim. Alayın hasari boyu cinar agaclari əkilmişdi. Yəqin ki, o vaxt ruslar əkmişidilər. Gizlincə Ələkrəm Humbətovun oturdugu kabinetə yaxin olan cinar agacina cixdim. Orduxan Kərimovdan qumbaraatanı aldim, mərmini isə Telman Xudaverdiyev verdi. Ələkrəmlə aramizda hava ilə 10 metr məsafə var idi. Bayır qaranliq olsa da, kabinet işiqli idi. Odur ki, Ələkrəmin hər hərəkətini izləyirdim: siqaret cəkməsindən tutmuş hər bir hərəkətini… Əgər Ələkrəm Humbətov öz “mudafiə naziri”ni yanina cagirsa, cox guman ki, hərəkətə kecmək ucun döyuş əmri verəcəkdi. Onlar ikisi bir olan vaxtda mən qumbaraatanla pəncərədən kabineti vurmalıydım. Komandirlə belə fikirləşmişdik. Orduxan, Telman və indiki general-mayor Elxan Həsənov məni nəzarətdə saxlayirdilar. Özum belə fikirləşmişdim. Kabinetə Surət Huseynov,Vaqif Novruzov və Fətulla Huseynov daxil oldular. Öpüşdulər və göruşdulər. Fətulla Husenovdan başqa… 10 dəqiqəlik söhbətdən sonra cixdilar. Ələkrəm Humbətov oturdugu yerdən qəfil qalxaraq divara vurulmuş AZƏRBAYCAN BAYRAGİNİ və GERBİNİ cəkib cixartdi . Gerbi yerə atdi, BAYRAGİ isə əllərində cirıb parçaladı və ayaqlarinin altina atdi, urəyi soyumadi, bayrağımızın üstünə cixib əzdi, tupurdu və şalvarinin qabagını açıb əməlli –başli… Dözməyib onu vurmaq istədim. Elxan Həsənov ayaqlarımdan yapışaraq cəkib agacdan yerə saldı. “KaMAZ”ın kabinəsinə salib cöldən bagladilar. Sonra komandirin tapşırığı ilə cöldən icəri əl qumbarasi atildi. Qərargah tutuldu, şəxsi heyət zərərsizləşdirildi, silahları alındı, başda “mudafiə naziri” olmaqla 25 nəfər həbs edildi və xususi vertolyotla Bakiya gətirdik və təhfil verdik…
P.S. İndi hami elə bilir ki, AZƏRBAYCAN BAYRAGI bu ölkəyə göydən paraşütlə düşüb. BAYRAQ BAYRAMİNİZ mubarək!..”
araz.az xəbər portalı.