Qlobal xarakterli korrupsiya əməlləri törədənlərin, hətta bir çox ilklərə imza atan, yat­aqların kəşfi və işlənməsi, ho­rizontal və çox­şaxəli quyuların qazıl­ması zamanı çoxsaylı inqi­labi texnologiyaların tətbiqinə nail olan milli qazma sənayemizin uğurlarına birbaşa zərbəyə çevrilən günahları da, bağışlanmazdır

Belə iyrənc məqsədlərinə çatmaları üçün, həmin cinayətkar dəstə, hətta əvvəlcədən düşünərək, irəli sürdüyü saxta iddialarla, beynəlxalq neft-qaz sənayesində uzun müd­dət rəhbər vəzifələ­rdə çalışan, ­ölkəmizin ən uğurlu biz­nes idarəçilərindən biri hesab olunan, eyni zamanda, adıçəkilən şirkətin qurucusu və rəhbəri olan Ramin İsayevin, cəmiyyət tərəfindən dövlətçiliyimizə vurulan zərbə kimi qəbul edilən həbsdə saxlanmasına da nail olublar

Doğrudan da, hər şey bu yazının sərlövhələrində deyilən kimidir. Uzun zamandır, araz.az xəbər portalının adıyla aparılan dərin jurnalist araşdırmaları zamanı əldə etdiyimiz fakt və dəlillər də, deyilənlərin inkarolunmaz sübutlarıdır. Azərba­ycanın ən uğurlu biz­nes müəssisələri kimi adlarını verdiyimiz şirkətlərin, xeyli müddətdir ki, ölkənin media vasitələrinin dərc etdiyi bir çox yazılarında, adı yaxşı yöndən hallandırılmayan və dövlətin neft sektorundakı önəmli qurumlarda məsul vəzifələr tutan Yusif Cabbarovla, onun cinayət ortaqlarının birgə törətdikləri qlobal xarakterli korrupsiya əməlləri barəsində, bu yazılardakı haqlı iradlar, konkret faktlar, dəlil və sübutlar dəhşət doğurur. Dəhşət həm də ondadır ki, mətbuatdan bu cinayət ortaqlarının ünvanlarına yönələn hər hansı obyektiv tənqidi yazının ömrü belə, elə də, uzun olmur. İnternet səhifəsinin bloklanıb, işinin iflic olması qorxusu, əksər media vasitəsi rəhbərini məcbur edir ki, saytını olduqca təhlükəli hücumlardan və qanunsuz müdaxilələrdən qorumaq üçün, bu barədə dərc etdikləri önəmli vacib yazı ilə, tez bir zamanda vidalaşsınlar.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, araz.az da, bu yaxınlarda belə bir təhlükə ilə üzləşdi və məcburiyyətdən, eyni mövzulu yazısı ilə, çox keçmədən vidalaşmalı oldu. Hətta həmin yazını, araz.az-a istinadən dərc edən 20-dən çox media vasitəsinin internet saytı da, eyni aqibəti yaşadı. Bu yaxınlarda, ictimailəşdirilməsi xahişi ilə, etibarlı mənbə tərəfindən araz.az-ın redaksiyasına göndərilən və Yusif Cabbarovla bərabər, onun cinayət ortaqlarının qanun çərçivəsinə sığmayan bəd əməllərindən bəhs edən daha bir yazını da, içindəki faktların və iradların ciddiliyini nəzərə alıb, başlığını bu yazımızın sərlövhəsinə çıxarmaqla, mətnini olduğu kimi, təqdim etmək qərarına gəldik.

Bunlar başqa bir yazının mövzusudur və ona görə də, bu barədə daha geniş bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırırıq.

Bu yazımızda isə, əsasən, onu xüsusi olaraq vurğulamaq istəyirik ki, sabiq Baş direktor, iddialar təsdiqni tapmasa da, hansı xoşagəlməz səbəblərdən hə­bsdə saxlanır?! Axı, Ramin İsayevin həbsdə saxlanması, birbaşa, dövlətçiliyimizə vurulan zərbə kimi qəbul edilir bütün instansiyalarda. Çünki onun bu sahədəki danılmaz xidmətləri, hər zaman, döv­lətimiz adından yüksək qiymətləndi­rilib. “Kor kor, gör gör!” bu belə olub həmişə. Bir daha qeyd edirik ki, bu şəxsin rəhbərliyi al­tında, adını yuxarıda çəkdiyimiz şirkətlər bir çox ilklərə imza atıb, hətta ilk ho­rizontal quyu və digər çox­şaxəli quyular qazıl­ıb, adları məşhur yataqların kəşfində və uğurla işlənməsində belə bir sıra yeniliklər tətbiq edilib. Konkret desək, həm əksər neft və qaz yataqlarının işlənməsi zamanı bir çox inqi­labi texnologiyaların tətbiqi, həm Azərbay­can qazmasının dünya miqyasında tanınması, həm də inteqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açılıb. Hətta, “SOCAR AQŞ”-in, “NEQSOL Holding”-in xəttləfriylə, ölkəmizdə neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə birgə müəssisələr də yaradılıb. Di gəl ki, beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən, müxtəlif sahələrdə inkişafını uzun müddətdir davam etdirən, hazırda dünyanın müxtəlif ölkələrində aktivlərə malik olan, əməliyyatları uğurla həyata keçən və regional ofisləri fəaliyyət göstərən belə bir nüfuzlu qurumun xeyli müddətdir əsas rəhbərinin — Baş icraçı direktorunun özünü iri korrupsioner kimi tanıdan Yusif Cabbarovun olması adamı dəhşətə gətirir: Ölkənin media vasitələrinin, eləcə də, araz.az-ın indiyədək dərc etdiyi bir çox yazılarında təəssüf hissləri ilə qeyd olunduğu kimi, axı, necə ola bilər ki, Sovet İttifaqının dağılmasından az sonra — 1990-cı illərdən üzübəri iş adamı və xeyriyyəçi kimi özünü yaxşı yöndən tanıdan Nəsib Həsənovun sahibi və təsisçisi olduğu belə bir nüfuzlu Şirkətlər Qrupuna, adı yaxşı yöndən hallandırılmayan belə birisi, özü də, uzun müddət rəhbərlik etsin?!.

Doğrudan da, bu və bu kimi digər suallara cavab vermək olduqca çətindir. Çünki çoxşaxəli bu şirkətlər qrupu bir holdinq olaraq, strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla, tərkibindəki 20 ildən çox müddətdir fəaliyyət göstərən və öz sahələrində geniş təcrübəyə malik önəmli şirkətləri uğurla birləşdirməyi tez bir zamanda bacaran bu holdinqin taleyinin belə birisinə tapşırılması ağlagəlməz dərəcədədir.

Ümumiyyətlə, cəmiyyət arasında da, yuxarıda xüsusi olaraq vurğulananlarla bağlı çoxsaylı məlumatlar geniş yayılıb. Bu insanın həyatda əsas amalının hamını özünün korrupsiya toruna salmaqdan və bundan sonra isə, öz çirkli niyyətlərini həyata keçirməkdən ibarət olması xüsusi qeyd olunur. Yusif Cabbarovun, onun ən yaxın korrupsiya silahdaşları olan Vüqar Səmədlinin, Rauf Ağayevin, İmran Əhmədzadənin və Eldar Məmmədzadənin BP, SOCAR, Azneft, Azərkimya və digər dövlət şirkətləri və təşkilatlarındakı açıq-aşkar həyata keçirdikləri birgə korrupsiyaları haqqında çox yazılıb. Bu ünsürlər rüşvət verməklə, şantaj, hədə-qorxu yolu ilə, müxtəlif vəzifə sahiblərini ələ alır və onların vasitəsi ilə, tenderləri ədalətsiz udur, şişirdilmiş qiymətlər yazdırır və sağlam şirkətləri tenderlərdən kənarda saxlayaraq, məhv edirlər. Yusif Cabbarov son illər bir az da irəli gedərək, ədalət məhkəmələrini rüşvətlə ələ alır və tam ədalətsiz qərarlar çıxarılmasına nail olur. Buna ciddi və inkarolunmaz misal olaraq, araz.az-da və ölkənin bir sıra mətbu orqanlarında gedən yazılardakı fakt və dəlillər sübutdur. Həmin yazılarda, Yusif Cabbarovun önəmli dövlət qurumlarında yüksək səlahiyyət sahibi olan şəxslərlə ağlagəlməz yazışmaları göstərilib.

Bu yazılarda, həm də Yusif Cabbarov həmin səlahiyyətli şəxsə deyir: “Ali Məhkəməyə 150 min rüşvət verək, qoy, bizim xeyrimizə qərar çıxarsın!”. Ümumiyyətlə, bu səpkidə faktlar çoxdur həmin yazılarda. Elə, dəyərli oxucularımıza da, məsləhət görürük ki, həmin yazıları oxusunlar. Onda, bu yüksək vəzifə sahibinin, belə iyrənc əməl sahibi olması, onlara da, tam aydın olar.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Yusif Cabbarov, eyni zamanda, şantajçıdır. Belə ki, özundən yalanlar uyduraraq, iki dövlət qurumunu üz-üzə qoyur, tipik şantajçı və intriqaçı üsulundan istifadə edir. Məsələn, Yusf Cabbarov səlahiyyətli bir şəxslə danışan zaman, yalandan deyir ki, vergilərdən məhkəmələrə tezyiq var ki, müəyyən qərar çıxarsınlar. Ümid edirik ki, vergilər öz imicini qorumaq üçün, Yusif Cabbarovu məhkəməyə verəcək ki, dediklərini sübut etsin. Lakin bu da olmur. Ona görə ki, onun qardaşı Fəxriyar Cabbarov, dövlətin baş vergilər qurumunda xeyli müddətdir önəmli vəzifə tutub. Elə, bu sarıdan da, Yusif Cabbarovun hərtərəfli dəstəkçisi və havadarıdır. Konkret desək, vergi təhlükələrinin ondan yan keçməsinin əsas səbəbi budur. Bu azmış kimi, qardaşı Yusif Cabbarovla həmişə əlbirdir. Rəhbəri olduğu qurumda belə, bütün qanunsuzluqları həyata keçirməsi üçün, Fəxriyar Cabbarov ona hərtərəfli havadarlıq edir. Bu barədə, daha ətraflı bir qədər sonra. İndi isə, xüsusi olaraq onu qeyd etmək istəyirik ki, korrupsioner Yusif Cabbarov nüfuzlu dövlət qurumlarına böhtan atmaqdan belə çəkinmir. Onların rəhbərlərini də, özü kimi, korrupsioner və əyri olmaqda suçlayır. Elə, buna görədir ki, ondan çəkinən vəzifə sahibləri çoxdur. Məhz bu səbəbdən də, Yusif Cabbarov, eyni zamanda, rəhbərlik etdiyi Holdinqdə iyrənc bir idarəçilik mühiti yaradıb, qohumbazlıq, dostbazlıq və əxlaqsızlıq prinsipləri ilə vəzifələrə təyinatlar edir. İşçiləri izlətdirir, şəxsi həyatlarına dair məlumatlar toplayir ki, sonra onları şantajla idarə etsin. Hətta yüksək vəzifə sahiblərinə rüşvət verdikləri anlarda, həmin şəxslərin səslərini yazdırır, videolarını çəkdirir və sonradan onlardan şantaj üçün istifadə edir. Bütün bunlar isə, birbaşa, dövlətçiliyimizə vurulan zərbədir. Bunun daha bir inkarolunmaz sübutu budur: Y. Cabbarov 2018-ci ildən indiyədək bu Holdinqin İdarə Heyətinin sədridir.
Başına yığdığı cinayətkar dəstə üzvləri Cavid Hümbətov, Vüqar Səmədli, Fuad Behbud və digərləri ilə əlbir olaraq, hətta tabeçiliyində olan müəssisələrin səhmdarlarını belə aldada bilib. Dəhşət ondadır ki, bu iyrənc işlərini, onlar, indinin özündə belə davam etdirməkdədirlər.
Bu xoşagəlməz işləri həyata keçirməkdə ona ən yaxın yardımçı olan da, uzun illər müxtəlif vəzifələrdə işləyən, hal-hazırda isə,

respublika vergilər xidmətinin baş qurumunda önəmli vəzifə tutan qardaşı Fəxtiyar Cabbarovdur. Qardaşının vasitəsi və hərtərəfli köməkliyi ilə, Yusif Cabbarov və ətrafına topladığı maliyyə cinayətkarları öz çirkin əməllərini qorxub-çəkinmədən davam etdirməkdədirlər.

Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, Yusif Cabbarov öz qanunsuz əməllərini hər yerdə ört-basdır etdirmək üçün, özünə və ətrafına arxa-dayaq tapa bilib. Məsələn, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov da, “NEQSOL” və “SOCAR AQŞ” şirkətlərinin açıq-aşkar müdafiəçisi rolunda çıxış edirlər. Bununla yanaşı, ona məxsus olan Bakı Hüquq Mərkəzi tərəfindən, bu şirkətlərin bütün hüquqi və vəkil məsələlərinə də, təyinatları həyata keçirir. Bu isə, bu cür işlərin, birbaşa, göstərişli surətdə yerinə yetirilməsi deməkdir. Elə, bu deyilənlərə görədir ki, sabiq Baş direktor Ramin İsayev xeyli müddətdir günahsız həbsdə saxlanır. Bir sözlə, məlum işdə göstərilən səbəblərdən onun hə­bsdə saxlanması, yəni qaldırılan iddialar təsdiqni tapmır. Elə, buna görə də,
Ramin İsayevin həbsdə saxlanması, mətbuat və ictimaiyyə tərəfindən dövlətçiliyimizə vurulan zərbə kimi qəbul edilir.

Məlum olduğu kimi, beynəlxalq neft-qaz sənayesində uzun müd­dət rəhbər vəzifələ­rdə çalışmış, Azərba­ycanın ən uğurlu biz­nes idarəçilərindən biri hesab olunan, eyni zamanda “SOCAR AQŞ”-nin baş direktoru vəzifəsini daşımış Ramin İsayevə qarşı irəli sürülən 16 mi­lyon manatlıq mənims­əmə faktı ilə bağlı əsassız iddialar, 20­22-ci ilin oktyabr-­noyabr aylarında gen­iş ictimaiyyətin diq­qətinə çatdırılmışdı.

Ümumiyyətlə, “SOC­AR AQŞ”-nin qurucusu olan və 12 il 6 ay ərzində bu qur­uma rəhbərlik edən Ramin İsayevlə bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında bu şəxs barəsində böhtan xara­kterli yazıların tir­ajlanması… geniş ictimaiyyəti oldu­qca narahat edən məs­ələlərdir. Bir sözlə, “SOCAR AQŞ”-nin qur­ucusu ilə bağlı yayımlanan yazılar müəyyən sənədlərə və rəqəmlərə istinad olunmaqla yayımlansa da, bəzi şəxslərin Ramin İsayev barəsində tirajladıqları bu yazıların böhtan xarakterli olması sonradan sübut olunmuşdur. Məsələnin maraqlı tərəfi odur ki, Ramin İsayevin üz-üzə qaldığı haqsızlıqla bağlı aşağı instansiya məh­kəməsinin ziddiyyətli qərarından sonra, bu şəxs barəsində tirajlanan böhtan xar­akterli yazılarda sə­slənən ittihamlara nə Yusif Cabbarovun özü, nə “SOCAR AQŞ”, nə də ki, “Nobel Energy” şirkətlərinin rəs­mi şəxsləri münasibət bildirmirlər və on­lar daha çox susmağa üstünlük verirlər.

Bunlar da onu söyləməyə əsas verir ki, məhk­əmə ilə bərabər, həm Yusif Cabbarov, həm də “SOCAR AQŞ” və “Nob­el Energy” şirkətləri əsl həqiqətləri qəb­ul etmirlər və orta­ya qoyulan böhtanlara şəriklik edirlər. Qeyd edək ki, bütün bunlarla bağlı Ramin İsayevin özü azadlıqda olarkən, əs­aslı və sübutedici açıqlamalar vermişdir və günahsız olduğunu tam şəkildə söylə­mişdir. Söz yox ki, belə bir peşə sahibi­nin, bu gün də, həbsdə saxlanması olduqca utancverici haldır və bu geniş ictimaiy­yətin hiddətinə səbəb olmaqdadır. Unutmaq olmaz ki, Ramin İsayev yeganə şəxsdir ki, o, dünyanın 1-ci və 2-ci dərəcəli nüfuzlu ali təhsil müəssisəsi hesab olun­an məşhur Harvard Universitetində təhsil almışdır. O, bu ali təhsil ocağını həm fərqlənmə diplomu ilə, həm də MİT-ni uğ­urla başa vurmuşdur. Hətta, o, Harvard Universitetinin Məşv­ərət Şurasının üzvü də olub. Bundan əla­və, Ramin İsayev “SOC­AR AQŞ” şirkətinin, “Turan” Qazma və Mühənd­islik Xidmətləri Bi­rgə Müəssisənin qurucusu da olub və hər iki müəssisə, hal-ha­zırda Azərbaycanın qazma sahəsində öncül şirkətləri hesab olunurlar. Bu da faktdır ki, “SOCAR AQŞ” ölkəmiz­də və beynəlxalq miq­yasda, bu gün də, iri qazma layihələrini, “Turan” Birgə Müəssis­əsi isə, BP şirkətin­in Xəzər dənizində operatoru olduğu bütün platformalarda qa­zma işlərini uğurla həyata keçirir. Qeyd edək ki, “SOCAR AQŞ” Ramin İsayevin rəhb­ərliyi altında sıfır­dan yaradılıb və çox keçməyib ki, bu şirkət dəyəri 2 milyard dollar olan bir şirk­ətə çevrilib. Bundan əlavə, “SOCAR AQŞ” hər il səhmdarlara yüz milyonlarla manat gəlir də ödəyib.

Bütün bunlardan əlav­ə, onu qeyd etmək ye­rinə düşər ki, milli qazma sənayesi bu şəxsin rəhbərliyi al­tında bir çox ilklərə imza atıb, ilk horizontal və çox­şaxəli quyular qazılıb, hətta “Ümid” yatağının kəşfində və uğurla işlənməsində Ramin İsayev xüsusi rol oynayıb. “Bulla Dəniz”, “Dayazsulu Günəşli” və “Qərbi Abşeron” yat­aqlarının işlənməsi zamanı bir çox inqi­labi texnologiyaların tətbiqinə, Azərbaycan qazmasının dünya miqyasında həm tanınmasına, həm də int­eqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açılıb. Qeyd edək ki, Ramin İsayev­in bu sahədəki xidmə­tləri hər zaman döv­lətimiz tərəfindən də, yüksək qiymətləndi­rilib və o, Azərbayc­an Prezidentinin imz­aladığı Sərəncam əsa­sında, “Tərəqqi” med­alı ilə də təltif ol­unub. Faktdır ki, bu şəxsin ölkəmizdə mü­asir kadr hazırlığı sahəsində də, çox bö­yük xidmətləri olub. Konkret desək, Ramin İsa­yev səkkiz il ölkəm­izin bir-neçə universitetində, heç bir təmə­nna güdmədən dərs ke­çib, bir-neçə iqtisadi və texniki kita­bı ingilis dilindən Azərbaycan dilinə tə­rcümə edib. Bu şəxsin, neçə-neçə azərbaycanlı gəncin dünyanın ən qabaqcıl texniki universite­tlərində təhsil alma­larına köməklik göstərməsi də, danı­lmaz faktdır.

Əsas odur ki, Ramin İsayev “SOCAR AQŞ”-yə rəhbərlik edən zaman, bu şirkət yüksək gəlirli şirkətə çev­rilib və hər il səh­mdarlara yüz milyonl­arla manat divident ödənilib. Bütün bu kimi sübutlar, verilm­iş maliyyə hesabatla­rında da öz təsdiqini tapıb. Məsələn, “NEQSOL Holdinq” şirkəti tərəfindən internetdə yerləşdirilmiş və 2018-ci ilə aid “SOCAR AQŞ” MMC-nin əldə etdiyi mənfəəti əks etdirən məlumatları buna misal çəkə bilər­ik. Verilmiş hesaba­tlardan da, aydın olur ki, bu şəxsin rəhb­ərliyi altında “SOCAR AQŞ” səhmdarlara tə­kcə 2018-ci il ərzin­də 228 milyon manat məbləğində mənfəət qazandırıb. 2008-202­0-ci illərə aid göst­əricilər və digər ma­liyyə bəyannamələri də, həm “SOCAR”, həm də “Neqsol Holdinq” tər­əfindən müvafiq yerlərdə, mütəmadi olaraq dərc olunub. Veril­miş hesabatların hər biri onu göstərir ki, Ramin İsayevin rəhbərlik etdiyi dövr­də, “SOCAR AQŞ” həm mən­fəətlə işləyib, həm də uğurlu fəaliyyət göstərib!

Bu yerdə, bir daha onu da qeyd etmək yerinə düşür ki, “NEQSOL Holding”in səhmdarı olan N. Həsənov, 2013-cü ildən indiyədək, savadsızlığına, müasir hesabatlardan anlayışı olmadığına görə, Yusif Cabbarovun özü və başına yığdığı cinayət ortaqları tərəfindən aldadılıb. Bu işləri həyata keçirməkdə ona yardımçı isə, Respublika Vergilər xidmətində uzun illərdir müxtəlif vəzifələrdə işləmiş qardaşı Fəxtiyar Cabbarov olub. Fəxriyar Cabbarovun vasitəsi və hərtərəfli köməkliyi ilə, qeyd edilən maliyyə cinayətkarları, başda Yusif Cabbarov olmaqla, öz çirkin əməllərini, indi də, davam etdirməkdədirlər.

Onu da qeyd edək ki, Yusif Cabbarov 2003-2013-cü illərdə “Dəmir Bank” və ABB banklarında işləyərkən də, bir çox iqtisadi cinayətlər törədib və hər iki bankın müflis olmasında yaxından iştirak edib. Bu qatı cinayət əməlləri araşdırılmadan, Y. Cabbarovun ölkənin ən böyük holdinqinin başına gətirilməsi isə, utancvericidir. Bu yerdə, hamını bir sual düşündürür: “Görəsən, ona bu işdə zəmanət verən kim olub?!”.

Təbii ki, ona bu işdə havadarlıq edənlərin başçısı, qardaşı Fəxriyar Cabbarovdur. Çünki onun bu işdə xüsusi rol oynadığı danılmazdır! Bu yerdə, onun cinayət ortaqlarını təqdim etmək də, yerinə düşər. Elə, Vüqar Səmədli barədə qısa bir arayış da, çox şeyi ortaya qoyur. Bir sözlə, Amerikada manikenlik sənətindən, birdən-birə, “NEQSOL Holding”-ə müavin və “Nobel OİL”-a Baş direktor təyin olunması gizli çox məqamlardan xəbər verir. Bu barədə düşünməyə dəyər. Cavid Hümbətov isə, “NEQSOL Holding”-də Təhlükəsizlik Məsələləri üzrə müavindir. 2015-ci ildə, MTN ləğv edilərkən, o, bu qurumun ən cinayətkar əməkdaşlarından biri kimi, cinayət məsuliyyətinə cəlb olunsa da, hansısa yolla həbsdən canını qurtararaq, “NEQSOL Holding”-də belə yüksək vəzifəyə təyin olunub. Bu təyinatın ssenari müəllifi Y. Cabbarov olsa da, DTX-da məsul vəzifədə çalışan qardaşı Fəxriyar Cabbarovla, bu vəzifə sahibinin xüsusi uşaqlıq dostluğu olması bu təyinatın əsas səbəbi olub. Fuad Behbud isə, İran Xüsusi Xidmət Orqanına işləyən bir qatı cinayətkar kimi özünü tanıdıb. Belə bir quldur dəstənin sifarişi ilə də, “SOCAR AQŞ”-nin keçmiş Baş direktoru işləmiş Ramin İsayevin tutulması baş tutub. Bu quldur dəstənin idarə etdiyi “SOCAR AQŞ”-nin hazırkı marionet Baş direktoru Samir Mollayevin rəhbərliyinin birinci ilində, şirkət (əvvəllər 150-200 mln. manat gəlirlə işləyib), 2021-ci ildə 200 mln. manatdan artıq ziyanla işləyib. Niyə?! Bu suala cavabı, “NEQSOL Holding”-in rəhbərliyindən almaq da, mümkün deyil…

Bu yerdə, xüsusi olaraq qeyd etmək istəyirik ki, Yusif Cabbarov kimi, onun buradakı qanunlar çərçivəsinə sığmayan saysız-hesabsız özbaşına işlərində hərtərəfli dəstəkçisi olan qardaşı Fəxriyar Cabbarov da, işlədiyi heç bir vəzifədə, necə deyərlər, “üz ağartmayıb”. Bir neçə il öncə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində baş verən səs-küylü kadr dəyişikliyi də, onun adıyla bağlı olub. Guya, Palatanın Idarə Heyətinin üzvü, Hüquq və İcraat Departamentinin direktoru Fəxriyar Cabbarovun “öz istəyi ilə” yerini Əfqan Baxışova verdiyi xəbəri yayılıb. Lakin ölkə mətbuatının araşdırması başqa detalları üzə çıxarıb. Onda alınan əsas bilgi onu ortaya qoyurdu ki, Fəxriyar Cabbarov, heç də, öz istəyi ilə görəvindən ayrılmayıb. Sən demə, onda, Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) savaş əlillərinin və şəhidlərin “qanpulunu” yemə korrupsiyasına MBNP də ortaq olmaq yolunu tutub. El arasında “Sığorta Mamed” kimi tanınan DSKŞ sədri Məmməd Məmmədovun “qanpulu” ilə “bəslədiyi” ləğv edilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin (rəisi Namiq Xəliov) yerini, Maliyyə Bazarlarına Nəzarət Palatası alsa da, yenə, əlil və şəhid ailələrinə qarşı “qanpulu dələduzluğu”na son qoyulmayıb . Qan kompensasiyalarını ala bilməyən Qarabağ əlilləri və şəhid ailələrinin Palataya müraciətləri Konstitusiyaya uyğun yox, yenə də, rüşvət və korrupsiya prizmasından “çözülüb”. Fəxriyar Cabbarovun işini itirməsi də, elə, bununla bağlı olub.
Dövlətin ayırdığı sığorta ödənişini yeməklə, “sığorta” ayaması qazanan DSKŞ sədrinə Qarabağ əlilləri və şəhid ailələri, artıq, yeni “titul” ayırıblar : ”Qanpulu Mamed”. Layiqli ayamadır! Palata da, “Qanpulu Mamed”in “qanpulu” yemindən sığortalanmayıbmış!

Növbəti yazılarımızda, Yusif Cabbarovun və onun korrupsiya ortaqlarının Azərbaycanda və xarici ölkələrdə törətdikləri digər qatı cinayətlərindən, sənədlər və sübutlar əsasında, daha ətraflı bəhs ediləcək. Adları çəkilən şirkət rəhbərlərinin, qaranlıq keçmişə malik cinayət aləmindəki şəxslərlə əlaqələrinə aid maraqlı məlumatlar da, həmin yazılarda əksini tapacaq. Ümid edirik ki, bu faktlar və sübutlarla müvafiq dövlət qurumları tezliklə maraqlanacaq və necə deyərlər, Azərbaycan iqtisadiyyatının “yaxasına yapışmış bu xərçəng xəstəliyinin kəsilib atılmasına” nail olacaqlar.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.