Oturaq həyat tərzi və iltihab, yaşlanmanın özündən daha çox gen aktivliyində yaşa bağlı bəzi dəyişikliklərə təsir göstərir.

araz.az “Gazeta.ru”ya istinadən bildirir ki, bunu “Aging Cell” jurnalında dərc edilən əzələ hüceyrələrinin araşdırması göstərib.

Tədqiqatda 15 gənc sağlam insan, həmçinin diz və ya omba osteoartriti olan 8 gənc və 37 yaşlı xəstə iştirak edib.

Ağrılı oynaqları olan iştirakçılar uzun müddət hərəkətsizlikdən və xroniki iltihabdan əziyyət çəkiblər.

Alimlər təxminən 4000 genin ifadəsində (fəaliyyətində) yaşa bağlı dəyişikliklər aşkar ediblər. Onlar mitoxondrilərin (“hüceyrələrin elektrik stansiyaları”) işini, zülal mübadiləsini, immun və iltihabi reaksiyaları tənzimləməkdən məsul olublar. Bütün dəyişikliklər özlüyündə yaşlanma ilə deyil, oturaq həyat tərzi və xroniki iltihabla əlaqəli olub.

Cəmi 200 genin fəaliyyəti yalnız yaşlanmaya görə dəyişib. Kəşf müəllifləri hesab edirlər ki, bu genlər hüceyrələrin qocalması mexanizmlərini daha yaxşı anlamağa kömək edəcək.

araz.az xəbər portalı.