164738.jpg

Erməni işğalçı rejimi nəzarətdə saxladığı Azərbaycan torpaqlarında  mümkün qədər qanunsuz  məskunlaşdırma və artımın stimullaşdırılması proqramını davam etdirir. 
 
Araz.az“KarabakhTV”-yə istinadla xəbər verir ki, erməni əsilli Rusiya milyonçusu Samvel Karapetyan 2015-ci ildən başlatdığı proqrama uyğun olaraq 2018-ci ildə də işğal altındakı Azərbaycan torpaqlarındakı 4 övladı doğulan hər erməni ailəsinə mükafat olaraq 4 min dollar ödəyəcək. 
 
 
Bu haqda Ümumerməni “Ayastan” fondunun mətbuat xidmətindən məlumat verilib. Proqramın icrasına başlanılması münasibəti ilə fevralın 3-də Xankəndində oyuncaq separatçı  lider Bako Saakyanın da iştirakı ilə  böyük konsert olacaq. Moderator.az

araz.az xəbər portalı.