Məlumdur ki, Azərbaycan Respublikasında hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması, müdafiə olunması, istənilən şəxsin şərəf və ləyaqətinin alçaldılması yöndə atılan addımlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, baş verən və yaxud da baş verəbiləcək xoşagəlməz hadisələr zamanı vətəndaşların həyatının və əmlakının müdafiə olunması, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələ və problemlərin həlli, bu gün də dövlətimizin ali məqsədlərindən biri hesab olunur.
Belə bir məsələ və problemlərin öz həllini tapmasında polis əməkdaşlarının xüsusi rola malik olmaları, məhz hər kəsə güntəki aydındır. Faktdır ki, bu gün Azərbaycan polisi cəmiyyətdəki rolunu, mövqeyini və səlahiyyətini, ərazilərdə təhlükəsizliyin və ictimai qaydanın mühafizəsi ilə bağlı məsuliyyət hissini lazımi səviyyədə dərk edir və üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirir. Ötən illər ərzində daxili işlər orqanı əməkdaşlarının xidməti fəaliyyətlərinin cəmiyyətimizin maraqlarına tam şəkildə cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə Prezident İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanmışdır. Qeyd edək ki, həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi yöndə indiyə kimi lazımi tədbirlər görülmüşdür. Bəli, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən inkişaf və modernləşmə, polis əməkdaşlarının hər kəsin qanunla qorunan və müdafiə olunan hüquqlarını, azadlıqlarını etibarlı şəkildə müdafiə etməyə imkan verir. Belə bir səbəblərdən də, yerlərdə vətəndaş-polis münasibəti xoş macəraya düşür, vətəndaş məmnunluğu getdikcə artır. Hətta elə hallar da olur ki, polis əməkdaşlarının atdıqları addımlar, ortaya qoyduqları yanaşmalar və s. sakinlər tərəfindən yüksək səviyyədə alqışlanır, lazımınca da dəyərləndirilir. Məsələn, bu günlərdə əslən Astara rayonundan olan, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, general Şıxlıniski küçəsi-2942v, mən-138 ünvanda yaşayan Məmmədova Fairə Hüseyn qızı tərəfindən redaksiyamızın elektron poçtuna məktub göndərilmişdir. Məktubun məzmunundan bəlli olur ki, Fairə Məmmədova ünvanladığı məktubunda hansısa məsələ və problemdən deyil, məhz o, 11 fevral 2021-ci il tarixdə Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun imzaladığı əmr əsasında Astara RPŞ-nin rəisi vəzifəsinə təyin olunan polis polkovniki Azər Islam oğlu Cəfərovun iş fəaliyyətindən bəhs edir. Yəni, məktub müəllifi qeyd edir ki, “Azər Cəfərov Astara RPŞ-nə rəis təyin olunduqdan sonra, çox keçmədi ki, bu rayonun ərazisində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, ötən üç ildən bir qədər artıq müddət ərzində rayon ərazisində narkotiklərdən istifadə edənlərə, oğurluq əməllərinə qol qoyanlara, yol-hərəkəti qaydalarını pozanlara və s. kimi əməl sahiblərinə qarşı elə bir formada mübarizə aparıldı ki, ümumi vəziyyəti görən hər kəs sanki şoka düşür. Astaranın mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində gecə-gündüz post-patrul xidməti əməkdaşlarının xidmət aparmaları, hər cür neqativ halların qarşısının alınması yöndə lazımi tədbirlərin görülməsi, bu gün də sakinlər tərəfindən rəğbət hissi ilə qarşılanmaqdadır. Bəli, bütün bunlar RPŞ-nin rəisi Azər Cəfərovun həyata keçirdiyi idarəçiliyə lazımi qiyməti verməyə imkan verir. Bu da onu deməyə əsas verir ki, cənab Nazir belə bir göstəriciləri özündə cəmləşdirən peşəkar kadrları strateji vəzifələrə təyin etməklə, Azərbaycan polisinə olan inam və etibarı daha da artırır. Əvvəlki illərdən fərqli olaraq, artıq bu gün Astarada elə bir durum yaranıb ki, hər kəs polisə aid olan məsələ və problemi qısa zaman kəsiyində həll edə bilir. Bundan əlavə, ictimai asayişin qorunub-saxlanması, vətəndaş təhlükəsizliyinin təmin olunması və s. yöndə atılan addımlar da ürəkaçandır. Bir sözlə, polis bu gün sakinlərin inam və güvənc mənbəyinə çevrilib. Söz yox ki, bütün bunların kökündə RPŞ-nin rəisi polis polkovniki Azər Cəfərovun peşəkarlığı, xalqın və dövlətin mənafeyini hər şeydən üstün tutması durur.
Qeyd edim ki, mən Astara rayonunda anadan olmuşam və doğulub boya-başa çatdığım bu rayonda, hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bir sözlə, Astara mənim üçün olduqca əziz və doğmadır. Bu gün Azər Cəfərovun rəhbərliyi altında polis əməkdaşlarının atdıqları addımları gördükcə, yaxud da eşitdikcə, sanki öz-özlüyümdə atılan addımlara heyran qalıram. Bütün bunları əsas tutaraq peşəkar addımları, tələbkar iş üslubu, xalqına-dövlətinə bağlı olması ilə ad-san çıxaran, eyni zamanda bir çox müsbət göstəriciləri ilə vəzifə borcunu şərəflə yerinə yetirən Azər Cəfərovu, Astara RPŞ-nə rəis təyin etdiyinə görə DİN-i, polis general-polkovniki cənab Vilayət Eyvazova bir vətəndaş olaraq, bir astaralı olaraq şəxsən təşkkürümü çatdırıram. Ümid edirəm ki, bu cür əməl və amal sahibi olan kadrların önə çəkilməsi, onların bacarığından və peşəkarlığından, təcrübəli idarəçiliyindən və s. istifadə etmək, məhz ümimi maraqlarımızın həlli yöndə atılmış addımlar olar”. Yaşasın Azərbaycan polisi!
Qerar.az xəbər portalı.
araz.az xəbər portalı.