Azərbaycanda elan edilən, cəmiyyətin böyük gözləntiləri olan məhkəmə-hüquq islahatları barədə vəkil Əziz Qənbərov maraqlı fikirlər paylaşıb.

QENBER.jpg (58 KB)

araz.az  Musavat.com-a istinadən  xəbər verir ki, vəkil sosial şəbəkədəki hesabında bunları yazıb:

“Əvvəllər vəkil olaraq Məhkəmə-Hüquq Şurasına şikayət xarakterli zəng edirdik və ya yazılı şikayət yollayırdıq, şuradan bildirirdilər ki, məhkəməyə söz deyə bilmərik, qərardan apellyasiya və kassasiya şikayəti verin. Ona görə də bu şuranın fəaliyyətsizliyi hamıda bir fikir formalaşdırırdı ki, ümumiyyətlə, şura nəyə lazımdır?

Şükürlər olsun ki, artıq şura təyinatına uyğun fəaliyyətə başlayıb. Keçən həftə açıq məktubla Məhkəmə-Hüquq Şurasına müraciət etdim. Bundan sonra hakim özü öz qərardadını ləğv etdi. İş apellyasiyaya göndərilmədi, yersiz vaxt itkisi olmadı. Ona görə də yaxşı işləri də demək lazımdır. Eşq olsun yeni tərkibdə Məhkəmə-Hüquq Şurasına!

Bu gün də “qaynar xətt”ə zəng etdim. Dərhal cavab verdilər. Demədilər ki, apellyasiya şikayəti ver, biz heç nə edə bilmirik. Şikayətimi nəzarətə götürdüklərini dedilər”.

E.Məmmədəliyev,

araz.az xəbər portalı.