Azərbaycan prezidenti İlham Əliyevin növbəti preziden seçkilərindən sonra, ilk səfərinin məhz həmişə olduğu kimi Türkiyəyə etməsi və orada verdiyi açıqlamalar, onu deməyə əsas verir ki, geosiyasi proseslərin gedişindən asılı olmayaraq Azərbaycan və Türkiyə nəinki regionun, eyni zamanda dünyada baş verən hadisələrin axarına təsir etmək iqtidarındadır.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, Azərbaycanın tam şəlikdə ordusunu Türkiyə modelinə keçdiyini, yeni komando birliklərini yaratması haqqında məlumatlar, Azərbaycanın da Türkiyə ilə birlikdə regionda konfliklərinin həllində iştirakı barədə fikirlər yaradır: “Əlbəttə ki, Azərbaycan ordusunun dünyanın aparıcı güclülərindən olması, yeni nəsil müharibə bilikləri və praktikası, döyüş əzmi və istəyi Azərbaycanın daha böyük miqyaslı milli maraqlarının təmininə imkan yaradar”.

araz.az xəbər portalı.