Kanadanın “Lynx Air” aviaşirkəti uçuşları dayandırmaq qərarına gəlib.
araz.az xəbər verir ki, “Lynx Air”-in baş direktoru Jim Sullivan şirkət işçilərinə göndərdiyi məktubda yüksək inflyasiya və yanacaq xərclərinin təsirlərinə daha dözə bilməyəcəklərini bildirib:
“Bu qərarın sizin üçün sürpriz olduğunu təxmin edirəm. Ancaq yüksək inflyasiya, yanacaq və əməliyyat xərclərinin təsiri ilə buna daha dözə bilmirik. 26 fevraldan etibarən uçuşlarımız dayandırılacaq”.
Aviaşirkət sərnişin hüquqları ilə bağlı lazımi işlərin görüləcəyini bildirib.
Şirkət fevralın 26-dan etibarən fəaliyyətini dayandıracaq.
araz.az xəbər portalı.