TƏBİB-in “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.
TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında – fevralın 23-də xitam verib.

araz.az-ın  əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.
Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.

araz.az xəbər portalı.