Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi hədələyib.
araz.az xəbər verir ki, bu barədə qubernator X hesabında yazıb.
“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm.
Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, – qubernator qeyd edib.
araz.az xəbər portalı.