Özlərini “Rufo Gəncinski”nin adamları kimi təqdim edən kriminal elementlər, Kamil Zeynallıdan üzr istəməyi jurnalistdən qəti şəkildə tələb ediblər
RealMedia.az xəbər verir ki, tanınmış jurnalist Məhəmmədəli Qəribli özünü “Rufo Gəncinski”nin adamı kimi təqdim edən kriminal şəxs tərəfindən ona zəng olunaraq təhdid olunduğunu yazıb. Təhdidə səbəb isə jurnalistin Kamil Zeynallı barəsində yazdığı tənqidi yazısı olub.
Belə ki, özünü kriminal “avtoritet” kimi təqdim edən şəxs jurnalistdən Kamil Zeynallı barəsində yazdığı yazını silməyi və ondan üzr istəməyi tələb edib. Əks halda isə ona sabah tezdən evindən oğurlayacaqlarını bildiriblər. RealMedia..az olaraq jurnalistin məlum yazısını təqdim edir:
“Bu gün özünü “Gəncəli Qabil” kimi təqdim edən bir şəxs +7999 571-87-12 nömrəli telefondan bir neçə dəfə zəng edərək , məndən Kamil Zeynallı barədə yazdığım yazını silməyi və idmançıdan publik şəkildə üzr istəməyi tələb etdi. Həmin nömrəni və profil şəkilini də paylaşıram. Çox maraqlıdır ki, bu adam özünü kriminal aləmin, konkret olaraq “qanuni oğru” “Rufo Gəncinski”nin adamı kimi təqdim etdi.
Bütün danışıqların və göndərdiyi hədə-qorxu motivli səs yazılarının hamısı əlimdədir. İndi də deyir ki, sabah saat 8-də adamlarım gəlib, evindən götürüb, səninlə söhbət edəcək və sən dizi üstə üzr istəyəssən. Belə ünsürlərdən mən qəti qorxmuram. Dəfələrlə olub ki, bu dümbələkdən də yekə, adlı-sanlı adamlar məni təhdid edib, öldürəcəklərini belə açıq mətnlə deyiblər, ancaq onlardan heç bir hərəkət görməmişəm. Heç dövlət qurumlarının vaxtını alıb, onları bu mövzu ilə məşğul etmək istəmirəm.
Kişilikləri varsa, dediklərini etsinlər. Əgər məni söyən, hədələyən, üzr istəməyi tələb edən adam həqiqətən, özü dediyi kimi kriminal avtoritetdirsə, burdan açıq mətnlə deyirəm ki, o birbaşa cındırdı. Mənə deyir ki, sən düz belə olsan Kamili tənqid edəməssən, çünki o, pandemiya və müharibədə biz qardaşların göndərdiyi “qrefi” yəni yardımı camaata paylayıb.
Mən hansısa qənaətə gəlmək üçün, məlumatları analiz edirəm. Kamil həqiqətən “oğruların” adından yardımlar paylayıb, hətta onları buna görə təbliğ də edib. Ancaq o, “Rifo Gəncinski” ilə düşmən mövqedə olan “Quli”nin adından yardımlar paylayıb.
Yəni ola bilməz ki, “Rufo Gəncinski”nin adından kimsə Kamilə dəstək versin. Deməli, mənə zəng edən adam həm də kriminal faişədi. Çünki yalan danışır, ara qatır, başqalarını zərbə altına qoymaq istəyir. Bunu aydınlaşdırmaq isə birbaşa “Rufo”nun işidir. Lap götürək ki, bu adam elə həqiqətən Kamilin Moskvadakı dostlarındadır. Mən başa düşmürəm, yəni jurnalistika o günə qalıb ki, Kamili də təqdim etmək üçün bizə qadağa qoyulur, hədə gəlinir?
Kamil həqiqətən bu yaramazı tanıyırsa, çəkib bağlasın ayağına. Mənim Kamillə heç bir qərəzim yoxdur. Həyatda bir dəfədə olsun üz-üzə gəlməmişik. Moskvada bir günlük saxlananda ən yaxın dostları məlumatları, videoları bizə göndərirdilər ki, çox izləyicisi olan hesablarımızda paylaşaq.
Darda olduğu üçün, bunu etmişəm. Amma bu proseslə bağlı, incə bir məqamı görüb, onun Moskvadan gələndən sonrakı addımlarını sərt tənqid etmişəm. Yazdıqlarım da ortadadır. Bu, bir jurnalist kimi mənim hüququmdur.
Azərbaycan qanunvericiliyi bu imkanı mənə verirsə, Kamil və onun dostları niyə mənə olan etirazlarını dövlətin deyil, paralel “dünyanın” qanunları edirlər, mənimlə bu üsulla haqq-hesab çəkmək istəyirlər? Əgər bu adamın həqiqətən Kamilə aidiyyəti yoxdursa, nömrəsi var, zəng edib aydınlaşdırsın. Yoxsa, o cındırın bütün danışıqların ictimailəşdirəcəm.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.