“Hansı şagirdlər ki, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi vəsaitlərindən istifadə etməyiblər, onlar həm gərginlik yaşayacaq, həm də ürəkaçan nəticələr əldə edə bilməyəcəklər”.
araz.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli martın 3-də keçiriləcək buraxılış imtahanlarına düşən sualların çətin olması ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr aydınlıq gətirərkən deyib.
Ekspert Dövlət İmtahan Mərkəzinin hər il sualları çətinləşdirdiyini vurğulayıb. Məzahir Məmmədli bunun səbəbini belə izah edib:
“Abituriyentlər hər il buraxılış imtahanları gələndə müəyyən stress yaşayırlar. Mərkəz işini elə qurub, təkmilləşdirməlidir ki, heç olmasa buraxılış imtahanlarını tədris müddəti başa çatanda keçirsin. Buraxılış imtahanından şagird müvəffəq qiymət alsa onu məktəbə bağlayan nə olacaq? Heç bir şey. Sonra başlayacaqlar ki, məktəbdə davamiyyət yoxdur, yuxarı sinif şagirdləri dərslərdə iştirak eləmir və s. Şagird imtahandan yaxşı nəticə əldə edir və məktəbə ayırdığı vaxtı blok imtahanına ayırıb, əlavə müəllim yanına gedir. Artıq onun üçün məktəbin heç bir əhəmiyyəti qalmır”.
Məzahir Məmmədli hesab edir ki, DİM işini Elm və Təhsil Nazirliyi ilə razılaşdırmalıdır:
“Başqa bir problem daha var. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları üçün tərtib etdiyi vəsaitlərdən hansı abituriyent istifadə etmirsə, onlar üçün ikiqat stess yaşanır. Onlar bilir ki, sualların əksəriyyəti mərkəzin tərtib etdiyi vəsaitlərdən düşür”.
araz.az xəbər portalı.