Elektron siqaretlərin ağciyər xəstəliklərinə səbəb ola biləcəyi üzə çıxıb.

araz.az xəbər verir ki, elektron siqaretlər adi siqaretlərin məlum zərərlərinə alternativ olaraq hazırlansa da, onların siqareti tərgitmə prosesində təhlükəsizliyi və effektivliyi ilə bağlı suallar hələ də qalmaqdadır.

Araşdırmalar göstərir ki, elektron siqaretlər gənclər arasında geniş yayılıb və adi siqaretlər qədər zərərli ola bilər.

Elektron siqaretlər 2004-cü ildə Çində yaranıb və 2006-2007-ci illərdə dünya bazarlarına yayılıb.

Məlumdur ki, dünyada milyonlarla insan elektron siqaretdən istifadə edir və istifadə dərəcələri ölkədən ölkəyə dəyişir.

Xüsusilə yeniyetmələr arasında istifadədi 2% ilə 52% arasında dəyişir və gənclər arasında elektron siqaret istifadəsinin son illərdə əhəmiyyətli dərəcədə artdığı bildirilir.

Dünyanın təxminən 30 ölkəsində elektron siqaretlərin satışı qadağan edilib, bəzi ölkələrdə tənzimləmə ilə satışına icazə verilib.

Böyüklərin əksəriyyəti elektron siqaretdən istifadə etmələrinə baxmayaraq, adi siqaretləri çəkməyə davam edir.

Ölkəmizdə də son illər bu siqaretlər dəb halına gəlob. Məlumata görə tərkibindəki xüsusi rəng və dadlandırıcılar ağciyərlərə sağalmaz zərərlər verə bilir.

araz.az xəbər portalı.