Həkim və teleaparıcı Aleksandr Myasnikov rusiyalılara asemptomatik olan təhlükəli xəstəlik barədə xəbərdarlıq edib.
araz.az xəbər verir ki, “Telegram”da yayımlanan yazıda o, bu xəstəliyi inkişaf etdirən xəstələrin üzləşə biləcəyi nəticələrdən də danışıb.
Myasnikov bildirib ki, bəzən xəstə kişi və qadınlarda sidik ifrazı zamanı ağrılar ola bilər. “Təkcə ABŞ-da ildə bir milyon qonoreya hadisəsi var! Rusiyada isə vəziyyət bundan yaxşı deyil”, – o yazıb.
Mütəxəssis bildirib ki, vaxtında müalicə olmadıqda bu xəstəliyə düçar olan kişi və qadın sonsuzluğa düçar ola bilər. O əlavə edib ki, ilkin mərhələdə olan qonoreya hazırda antibiotiklərlə uğurla müalicə olunur.
araz.az xəbər portalı.