Arzuolunmaz tüklər insanlarda bezdirici problemə çevrilib. Bununla mübarizə aparmaq üçün bir çox insanlar bahalı kremlərdən, mum seanslarından tutmuş lazer epilyasiyası kimi bir sıra üsullara əl atır.
araz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu üsullardan istifadə çox vaxt dərinin qıcıqlanmasına, qızartı və ya digər yan təsirlərə səbəb olur.
Buna görə də, təbii yolla hazırlanan məhsullardan istifadə etmək daha məsləhətlidir.
Hazırlayacağınız portağal qarışımı sayəsində zamanla tüklərin zəifləməsinə, azalmasına və hətta tamamilə yox olmasına şahid olacaqsınız.
Hazırlanması:
1 orta portağal qabığı
1 xörək qaşığı zeytun yağı
Bir portağal götürün və qabığını soyun, ağ hissənin çoxunu çıxarmadığınızdan əmin olun.
Portağal qabığı püre halına gələnə kimi əzin. Sonra 1 xörək qaşığı zeytun yağı əlavə edib, bir müddət qarışdırın.
Qarışımı dəriyə çəkin və təxminən 45 dəqiqə saxlayın. Sonra ilıq su ilə yaxşıca yuyun.
Bu təbii qarışığı həftədə iki dəfə tətbiq etməklə, zamanla arzuolunmaz tüklərinizdən tamamilə xilas ola bilərsiniz.
araz.az xəbər portalı.