Xətai rayonunda sakinlərin istirahət yeri məhv edilir.

araz.az   xəbər verir ki, bu barədə oxu.az-ın redaksiyasına ərazidə yaşayan sakinlər şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, ötən gün rayonun Gəncə prospekti, 105 ünvanında istirahət yeri dağıdılıb:

“Bir neçə il əvvəl də buranı söküb, yerinə bina tikmək istədilər. Ağacları qırdılar. Hamının etirazından sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də əraziyə gəldi və burada heç bir tikinti işlərinin aparılmadığını bildirdi.

Biz də öz hesabımıza ərazini abadlaşdırdıq, ağaclar əkdik, park saldıq, söhbətgahlar qoyduq, futbol stadionu düzəltdik. Uşaqlarımız oynayır, biz də istirahət edirdik. Dünən isə ərazini söküblər və tikinti aparılacağı bildirilib. Biz oraya 20-dən çox xan çinarı və digər müxtəlif ağaclar alıb, əkmişik. İndi bizi əraziyə yaxın getməyə də qoymurlar”.

Sakinlər qeyd ediblər ki, ora korporativ ərazidir və orada tikinti aparılması düzgün deyil:

“Bir neçə il əvvəl burada söküntü işləri aparmaq istəyən zaman da məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Amma buna məhəl qoyan olmadı. Təxminən 1 500-ə yaxın insanın istirahət yeri məhv edilir”.

araz.az xəbər portalı.