16 aprel 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
araz.az xəbər verir ki, hərraca 81 nəqliyyat vasitəsi çıxarılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:
Qeyd: |
● Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
● 1-28-ci sətirdə olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 29-51-ci sətirdə olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 52-73-cü sətirdə olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 74-75-ci sətirdə olan nəqliyyat vasitələrinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 76-78-ci sətirdə olan nəqliyyat vasitələrinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır. 79-cu sətirdə olan nəqliyyat vasitəsinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 80-81-ci sətirdə olan nəqliyyat vasitələrinin satışı üzrə keçirilən hərracın nəticəsi ləğv edildiyindən nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
● Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1708)
● Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
● Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.
araz.az xəbər portalı.