Azərbaycanda məktəbli gənc müstəqil neyroşəbəkə yaradıb.
araz.az-ın məlumatına görə, söhbət 11-ci sinif şagirdi Fərid Ağayevdən gedir. Fərid rus bölməsində təhsil alır və gənc yaşlarından “OpenBetaX” şirkətinin qurucusudur. O sözügedən şəbəkəni qurmaq üçün iki il vaxt sərf edib.
“Gəncəvi AI” adlı süni intellekt proqramı “Chat GPT”, “Copilot Microsoft”, “Gemini Google” kimi proqramlardan heç də fərqlənmir.
Fərid Ağayev deyir ki, Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr səbəbindən yaratdığı neyro şəbəkənin adını “Gəncəvi” qoyub və bu şəbəkə ideyalar yaratmaq, tədrisə və tədqiqata kömək etmək, söhbət əsnasında istifadəçi ilə ünsiyyət qurmaqla həyatın bir çox sahələrində faydalıdır.
Fərid deyir ki, yaratdığı neyroşəbəkə hazırda 3 dildə – azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu proqram Azərbayan dilində məlumatları son zamanlar populyar olan “Chat GPT”dən daha yaxşı çatdırır. Süni intellektə Azərbaycan dilində istənilən sualı verib saniyələr keçmədən dolğun cavab almaq mümkündür.
Proqramın yaradıcısı bu sahayə investisiya qoyulsa Azərbaycanın da süni intellekt sahəsində dünyada liderlik edən ölkələr arasında ola biləcəyi fikrindədir.
Ətraflı “Xəzər xəbərin” hazırladığı süjetdə:
araz.az xəbər portalı.