Hadisələr daha da gərginləşəcək

RAsim-m.jpg

Bu günlərdə “Cənnət Park”MTK ilə “Biləcəri Təmir Quraşdırma”QTSC arasında yaranan problem maraqlı yön alıb. Aydın olub ki, “Cənnət Park”MTK-ya məxsus əmlak ,“Biləcəri Təmir Quraşdırma”QTSC –nin rəhbəri Nazim Tağıyev tərəfindən milyonlarla manat dəyərində mənimsənilib. Gəlin hadisənin detalları ilə tanış olaq. Məhkəmə sənədlərindən aydın olur ki, “Cənnət Park”MTK uzun müddət “16 nömrəli Təmir İnşaat İstehsal Tresti” ilə əməkdaşlıq etmiş və ikincilərin “Cənnət Park” MTK-ya 2,099,200.00 manat borcu yaranır. Bundan sonra borcu qaytara bilməyən “16 nömrəli Təmir İnşaat İstehsal Tresti”i borcun qarşılığında onlara 2100 ədəd dəmir boru verməyə razılaşır və bununla bağlı 13 iyul 2016-cı il tarixdə notariat qayda da müqavilə imzalanır. İlk baxışdan hər şeyin qaydasında olduğu ortaya çıxır. Amma…

Nazim Tağıyev hiyləsi

Durumu dəyişir. Belə ki, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Nazim Tağıyev heç bir əsas olmadan dəmir boruları gizli şəkildə Qaradağ rayon, Sədərək ərazisinə aparır. Bundan sonra isə Nazim Tağıyev dəmir boruları dədə malı kimi satmağa başlayır. Nazim Tağıyevin bu özbaşınalığı nəticəsində isə bu günə qədər “Cənnət Park” MTK 50,000.00 manat ziyana düşüb və boruları geri qaytara bilmir.

Azərbaycan məhkəmələrinə ağılasığmaz həqarət

Bundan sonra baş verən özbaşınalığa və mənimsəmə məsələsinə görə “Cənnət Park” MTK məhkəməyə müraciət etməli olur. Aparılan obyetiv araşdırmalardan sonra öncə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi, daha sonra isə Bakı Apelyasiya Məhkəməsi “Cənnət Park” MTK-nin xeyrinə qərar çıxarır. Qərarda açıq şəkildə bildirilir ki, boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-nin nəzarətindən götürülərək boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi tələb olunur. Bundan başqa boruların satılmasına da qadağa qoyulur. Bundan sonra məhkəmə qərarın icra olunması üçün Qaradağ rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Kamal Əliyevə müraciət edir. Amma heç bir nəticə əldə olunmur və əksinə bütövlükdə Ədliyyə Nazirliyi şantajla üz-üzə qalır. Səbəb?

Nazim Tağıyevin sığındığı dəstə

Apardığımız araşdırmalar və konkret faktlar sübut edir ki, “Cənnət Park” MTK bir neçə dəfə məhkəmə icraçıları ilə birlikdə boruları xüsusi mühafizə sahəsinə aparmaq istəsə də bu alınmır. Belə ki, QHT sədri kimi tanınan Rasim Məmmədov adlı şəxs və xüsusi mühafizəçiləri Nazim Tağıyevin silahdaşları qismində bölgəyə gedərək sözün həqiqi mənasında təzyiq göstərməyə başlayıblar. Buna qarşı çıxdıqda isə öncə “Cənnət Park” MTK rəhbərliyi mediada hədəfə alınır, daha sonra isə Ədliyyə Nazirliyinin bir çox rəhbər şəxslərinə qarşı böhtan kompaniyasına start verilir. İctimai rəyi çaşdıracaq mövqe tutan dəstə bu gün demək olar ki, boruların əsl sahibi kimi meydanda at oynadırlar. Amma güman etmək olar ki, son zamanlar reket dəstələrinə, şantaj yolu ilə kimlərəsə təzyiq göstərənlərə qarşı qəti addımlar atıldığı kimi bu dəstə ilə də bağlı ciddi addımlar atılacaq. Bunu da yada salaq ki, artıq bir dəfə Rasim Məmmədov bir neçə saatlıq saxlanılıb. Amma bu yəqin ki, başlanığıcdır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

(Yaxın günlərdə detalları görəcəksiniz). Hazırda aldığımız məlumata görə, Nazim Tağıyev vəziyyətdən çıxmaq üçün bir qəzetin baş redaktoru və (adını çəkmədiyimiz) Prezidentə yaxın olan generalın qohumu kimi son 3 aydı özünü təqdim edən QHT rəhbərindən istifadə edərək törətdiyi cinayət yüklü işin formasını dəyişmək istəyir. Bunu da aydınlaşdırdıq ki, Nazim Tağıyev baş redaktora 10 min manat, QHT rəhbərinə isə “CİP” markalı maşın hədiyyə edib. Məqsəd isə proseslə bağlı rəyi ictimai mühitdə dəyişmək və gülməlidir ki, həyassızcasına məhkəməyə; daha doğrusu məhkəmə icraçılarına təzyiq etməkdir.
Qafqazinform.az

araz.az xəbər portalı.