g141120180120.jpg

Ermənistanda yaşayan yezidi kürdlər Sarkisyan hakimiyyət dövründə olduğu kimi, hazırkı Paşinyan hakimiyyəti tərəfindən də yezidi xalqına qarşı milli zülm siyasəti aparıldığını bildiriblər.

Ordu.az xəbər verir ki, yezidilər Paşinyan hakimiyyətinin etnik azlıqlara qarşı formalaşdırdığı siyasətə etiraz edərək bəyanat yayıblar. Bəyanatda Ermənistanın Araqatsotn vilayətində PKK ofisinin yerləşməsi və fəaliyyətləri barədə məqamlar da qeyd olunub.

“Məxməri inqilabla baş verən hakimiyyət dəyişikliyindən sonra müxtəlif yaşayış məntəqələrində minlərlə insan vəzifələrə təyin edilib. Ermənistanda say çoxluğuna görə ermənilərdən sonra sayca ən çox yezidi xalqı gəlir. Lakin heç bir yezidi heç bir vəzifəyə təyin edilməyib. Ali təhsilli yezidi gənclər çoxdur, lakin bu şəxslər Ermənistanı tərk edirlər.

Yezidilərin milli birliyi mövcuddur ki, onun da sədri Əziz Tamoyandır. Hakimiyyət mənsubları heç vaxt onunla görüşməyib və ya hər hansı bir qəbul keçirməyib. Əziz Tamoyan 1988-ci ildən başlayaraq İrəvan Dövlət Universitetində professor Qarnik Asatryanın dəstəyi ilə Cangir ağa adına hərbi dəstə yaradıb və Əziz Tamoyanın rəhbərliyi ilə 500 könüllü yezidi Qarabağda olduğu kimi, Yerasx cəbhəsində də iştirak edib. Yezidilər 40-dan çox itki veriblər. Onlardan biri də aprel döyüşlərində ölən Kərəm Sloyandır.

Həmçinin Tamoyanın rəhbərliyi ilə təşkil edilmiş xüsusi dəstə Spitak zəlzələsinin nəticələrinin aradan qaldırılmasında da yaxından iştirak edib. Lakin hakimiyyət tərəfindən bunların heç biri qiymətləndirilmir. Keçmiş hakimiyyət dövründə olduğu kimi, indiki hakimiyyət tərəfindən də yezidi xalqına qarşı milli zülm siyasəti aparılır.

Məsələn, Ermənistanda bir kürd ailə var. Necə olur ki, Araqatsotn vilayətinin 5 kəndində uşaqlar kürd dili, tarixi, dini üzrə təhsil alırlar. Ancaq yezidi uşaqların doğum şəhadətnamələrində “Yezidi” yazılır.

Həmin vilayətin Rya Taza kəndində kürd işçiləri olan, Kürd Fəhlə Partiyasının (PKK terror təşkilatı nəzərdə tutulur-red) ofisi var. Onlar Türkiyə sakinləridir. Daim yezidi kəndlərində gəzirlər və yezidilər kürddür, deyə təbliğat aparırlar. Bu barədə yezidi milli birliyi Ermənistan hökümətinə yüzlərlə məktub ünvanlayıb. Susqun dururlar, problem həll edilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, Kürd Fəhlə Partiyası beynəlxalq səviyyədə terrorçu partiya olaraq tanınır. Maraqlıdır ki, həm köhnə, həm də mövcud hakimiyyət Yezidi icmasına qarşı ayrı-seçkilikləri görməməzliyə vurur. Məsələn, bizim icmamızı seçkilərdə nəzərə almırlar.

Ermənistanda bir kürd var ki, onu da parlamentin deputatı seçiblər. Yezidiləri isə hesaba almırlar. Bir sözlə hakimiyyət Yezidi milli birliyi ilə hesablaşmır. Təkrar elə bir adam gətirəcəklər ki, bu yezidilər üçün qəbulolunmaz olacaq. Ermənistanda milli azlıqlar 2% təşkil edir. Dünyada ikinci belə bir ölkə yoxdur. Gec deyil, imkan verin yezidilər öz namizədini seçsinlər. Əgər belə davam etsə, bu, Ermənistanı tərketmə köçünə təkan verəcək. Bir ay öncə yezidilərin milli birliyi tərəfindən icmanın nümayəndələri olan Xıdır Hacoyanın və dini lider Bro Hasanyanın namizədliyi irəli sürülmüşdü. Bir ay sonra, noyabrın 7-də İrəvanda yerləşən “Vətəndaş müqaviləsi” partiyasının ofisində təqdim edilən namizədlər haqqında şəxsi sənədlərin təqdim edilməsini də istəyiblər. Noyabrın 9-da isə deyiblər ki, artıq siyahılar tərtib edilib və daha gecdir.

Tələb edirik ki, Ermənistan Baş naziri Nikol Paşinyan şəxsən siyahıları tələb etsin və reallığı müəyyən etsin. Yezidi icmasının namizədlərinin adları hamıdan birinci təqdim edildiyi halda, indi gec olduğunu deyirlər. Yazıldığı deyilən 4 namizədin adlarının etibarsız elan olunmasını tələb edirik. Əks halda yezidilərə qarşı bir təyinat oacağına görə yuxarılar tərəfindən təyin edilən namizədi tanımayacağıq. Son illərdə Ermənistandakı kəndlərin köhnə adları da dəyişdirilib, o cümlədən Kotayk vilayətinin Amo kəndi Zovuni adlandırılıb. Bir daha təkrarlayırıq, kənardan heç kimin bizim adımızdan qərar verməsinə ixtiyarı yoxdur”.

Ərizəçilər:

Bro Hasanyan (Mənəvi lider)
Xudoyan Mako
Sloyan Kərəm
Sloyan Xıdr
Acamyan Çolo
Acamyan Valod
Asoyan Qoqo
Ase Aliyan
Surik Avdalyan

 

Alpər Mövludoğlu
Ordu.az

araz.az xəbər portalı.