“Toplum” TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.
araz.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.
“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, – deyə məlumatda bildirilib.
araz.az xəbər portalı.