Sürücülərin dəmiryol keçidlərindən keçmə qaydalarına əməl etməməsi tez-tez müşahidə edilir.
Belə hallar isə çox vaxt nəqliyyat vasitəsinin qatarla toqquşması ilə nəticələnir. Bir çox dəmiryol keçidlərində şlaqbaum qurulub. Bu tip keçidlər nisbətən daha təhlükəsiz olur. Lakin bəzi keçidlər şlaqbaumsuzdur ki, burada sürücülər daha diqqətli olmalı, ən vacibi isə qaydaları bilməlidirlər. Həmçinin müvafiq icra hakimiyyəti orqanı əməkdaşı dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkətini nizamlayır.
Bəs bu qayadalar pozularsa sürücüləri hansı cəza gözləyir?
araz.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində dəmiryol keçidlərində keçmə qaydalarının pozulması barəsində maddə də var.
Belə ki, İXM-nin 327.3-cü maddəsinə əsasən sözügedən qaydaların pozulmasına, habelə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Qeyd edək ki, hər bir halda qanuanlar vətəndaşların təhlükəsizliyi üçün var. Onlara əməl etmək isə hamının borcu və vəzifəsidir.
araz.az xəbər portalı.