Kəklikotu yağı alternativ tibbdə geniş istifadə olunur.

araz.az   xəbər verir ki, xüsusilə də ayaqların altına kəklikotu yağı çəkməyin müxtəlif xəstəlikləri sağaltmaq gücünə malik olduğu bildirilir.

Kəklikotu yağı antiseptik xüsusiyyətləri sayəsində ayaq altına çəkildikdə bakteriya və göbələklərin çoxalmasının qarşısını alır. Ayaqlarda yarana biləcək dəri problemlərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Ayaq gigiyenasını yaxşılaşdırmaqla ayaq qoxusunu aradan qaldırır.
Kəklikotu yağı ayaqlardakı yüngül şişkinliyi və bunun nəticəsində yaranan ayaq ağrısını da yox edir. Yağı çəkdiyiniz zaman, həmçinin dərinizi ölü hüceyrələrdən də təmizləyirsiniz.

Ayaqlar bədəndəki bir çox sinir ucuna bağlıdır. Buna görə də, kəklikotu yağının tətbiqi ümumi olaraq bədənə faydalıdır. Stresli bir günün sonunda ayaqlarınızın altına kəklikotu yağı çəkməklə dincələ bilərsiniz. Ayaqların altındakı həssas bölgələr rahatlaşmağınıza səbəb olacaq.

Ümumiyyətlə, əzələ gərginliyi yaşayan insanlar kəklikotu yağından istifadə etməlidirlər.

araz.az xəbər portalı.