Əziz xanımlar, gözəl insanlar!

Sizi, xalqımızın malik olduğu bütün mənəvi dəyərlərə görə, ilk növbədə, hər zaman borclu olduğumuz, dərin ehtiram bəslədiyimiz bütün Azərbaycan qadınlarını, başda, haqqlarını daim uca tutduğumuz Böyük Analarımızı gözəl bayramınız, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə, səmimi qəlbdən təbrik edirik! Bu gözəl gündə, hər birinizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, uzun ömür arzulayırıq! Uca Yaradandan da, istəyimiz budur ki, qoy, ailə səadəti və xoşbəxtlik qismətiniz olsun, uzun ömürlə keçən həyatınızı, istəyinizə uyğun, arzuladığınız kimi, daim işıqlı yaşayasınız!

Dərin hörmət və səmimi duyğularla,
“Araz” Media Qrupundakı araz.az xəbər portalının kollektivi adından:

Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.

araz.az xəbər portalı.