Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq aktı törədilib.
araz.az bildirir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Biz bu abidəni səfirliyimizin binasına köçürdük. Bu vandallıq təsadüfi baş verən bir hadisə deyil. Bu vandallıq aktı siyasətin nəticəsidir. Buna görə bizə heç bir üzrxahlıq edilmədi. Beynəlxalq qadınlar günündə, islamofobiyaya qarşı belə bir tədbir keçirilən gündə bu cür vandallıq aktının olması digər dövlətlər üçün bir işarə olmalıdır”, – deyə F.Şəfiyev bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
araz.az xəbər portalı.