elcin mirzebeyli

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə təklifini doğru saymıram. Nədənsə biz bəzən problemlərin həlli yollarını yalnız cəza mexanizmləri hazırlamaqda görürük.

Manevr.az xəbər verir ki, bu sözləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun fikrincə, dilimizin saflığının qorunması ilə bağlı olduqca gərəkli, faydalı və millətimizin maraqlarını ifadə edən təşəbbüslərdən “Domokl qılıncı” düzəltməyə cəhd göstərməkdənsə, bazası olan elektron lüğətlər, müasir tələblərə cavab verən mətn və söz çeviriciləri hazırlamaq daha doğru olardı:

“Gələcəyin hər hansı bir jurnalistini, yaxud media təmsilçisini kütləvi informasiya vasitəsinə qədər aparan yol ailədən, məktəbdən, ali təhsil müəssisəsindən keçir. Problemlərin aradan qaldırılmasına yolun sonundan başlamaq heç nəyi dəyişməyəcək.

Azərbaycan dilinin saflığının qorunması ilə ortaya qoyulan siyasi iradəni bu sahədə olan problemlərin kompleks şəkildə həlli üçün ciddi fürsət kimi dəyərləndirmək lazımdır. Amma bu, “fürsətçilik” kimi başa düşülməməlidir”./teleqraf.com

 

araz.az xəbər portalı.