Dünən Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılan “Toplum”TV-nin iki əməkdaşı Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.
Qeyd edək ki, dünən həbs edilən Fərid İsmayılovun həbsdə qalmasının səhhətində ciddi problemlər yaradacağı barədə çoxsaylı müraciətlər yayılıb.
araz.az xəbər verir ki, Fərid İsmayılov 2 dəfə ağciyərindən ağır cərrahiyyə əməliyyatı keçirib.
Görünür ki, istintaq orqanı bunu nəzərə alaraq onun da sərbəst buraxılması barədə qərar verib.
Qeyd edək ki, son günlər “Toplum”TV-yə qarşı əməliyyatlar başlayıb.”Toplum”TV-nin həbs edilən əməkdaşlarına qaçaqmalçılıq ittihamı üzrə cinayət işi açılıb.
ABŞ hökuməti və Avropa qurumları Azərbaycanda baş verən həbsləri pisləyib.
araz.az xəbər portalı.