Məlumdur ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirən qeyri-dövlət qurumudur.
Qeyd edək ki, Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir müddətdən sonra isə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşməsi səbəbindən, ümumi bələdiyyələrin sayı 1771-ə çatdı. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyən olunmuş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, eyni zamanda ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın da göstəricisidir. Faktdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan bələdiyyələri, ilk vaxtlardan elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq Binəqədi qəsəbə bələdiyyəsi isə, bu gün də fəaliyyətini tamam fərqli formada həyata keçirməkdədir.
araz.az bildirir ki, Qerar.az-ın elektron poçtuna göndərilən video-çəkilişdən, daxil olan məlumatlardan və s. aydın olur ki, bu bələdiyyədə sədr əvəzi vəzifəni daşıyan İsayev Rəşad Əfqan oğlunun rəhbərliyi altında, bələdiyyə üzvləri heç də onlara aid olan məsələ və problemləri həll etmək iqtidarında deyillər. Məsələn, redaksiyamızın elektron poçtuna göndərilən video-çəkilişə diqqət yetirdikdə bəlli olur ki, Binəqədi rayonu, 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zidr-zibil uzun müddətdir ki, yığışdırılmır. Baxmayaraq ki, qeyd olunan ünvanda xeyli sayda sakinlər yaşayırlar və onlar hər ay Binəqədi qəsəbə bələdiyyəsinə zibil puluna görə pul ödəyirlər. O halda sual oluna bilər ki, hər ay yığılan pullar hara xərclənir ki, 1-ci mədən, 10-cu korpusun ərazisində zird-zibil aşıb-daşır. Video-çəkilişdə danışan şəxsin iddiasına görə, sakinlər bu günə kimi dəfələrlə bələdiyyəyə müraciətlər etsələr də, onların müraciətləri sanki “daşa dəyib”. Yəni, daşdan səs çıxıb, Binəqədi qəsəbə bələdiyyəsinin səlahiyyətlilərindən isə səs çıxmayıb. Bu da o deməkdir ki, bələdiyyənin rəhbərliyi və üzvləri, bu gün də sakinlərin haqlı narazılıqlarını “priznavat” etmirlər.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Binəqədi qəsəbə bələdiyyəsi qeyd olunan ərazidə yaşayan yerli sakinlərin üzüzə qaldıqları problemləri həll etmək iqtidarında deyil. Çünki, adicə qəsəbənin 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zibillər təmizlənmirsə, o halda digər problemlər necə həll oluna bilər?. Deməli, bu bələdiyyənin fəaliyyəti fəaliyyətsizliyə söykənir ki, bu gün qəsəbə ərazisində çoxsaylı problemlər yaşanmaqdadır. Düşündürücü hal odur ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında bu gün də sakinlərin sağlamlığının təmin olunması, ətraf mühitin qorunması və təmiz saxlanması yöndə ardıcıl tədbirlər həyata keçirilsə də, Binəqədi qəsəbə bələdiyyəsi isə, hələ də öz ampulasındadır. Əgər bu belə olmasaydı o halda adı çəkilən bu qurumun rəhbərliyində təmsil olunan şəxslər üzərinə düşən vəzifə boclarını yerinə yetirib, zamanında lazımi addımlarını atardılar. Deməli, belə bir halın varlığı onu göstərir ki, adı çəkilən bu bələdiyyənin rəhbərliyində olan şəxslər ölkə rəhbərinin verdiyi tapşırıqlara məhəl qoymurlar və sakinlərin sağlamlıqlarının qorunması, ətraf mühitin qorunması və s. kimi məsələrlə bağlı, hələ də sayğısızlıq göstərməkdə davam edirlər. Qarşi tərəfin də mövqeyini dinləyə bilərik.
araz.az xəbər portalı.