Media maqnatı Rupert Merdok nişanlandığını elan edib.

araz.az  “The Guardian”a istinadən xəbər verir ki, 92 yaşlı milyarderin beşinci arvadı 67 yaşlı molekulyar bioloq Yelena Jukova olacaq.

Toy mərasiminin Merdokun Kaliforniyadakı malikanəsində baş tutacağı bildirilir. Elena Jukova sahibkar Roman Abramoviçin keçmiş həyat yoldaşı və Moskvada Qaraj Müasir İncəsənət Muzeyinin yaradıcısı Daria Jukovanın anasıdır.

Keçən il məlum oldu ki, Merdok radio aparıcısı Enn Lesli Smitlə nişanını bitirib. O, əvvəllər stüardessa Patricia Booker, jurnalist Anna Mann, çin əsilli sahibkar Vendi Denq, model və musiqiçi Mik Caqqerin keçmiş həyat yoldaşı Cerri Holl ilə evli olub.

“Bloomberg”, Merdokun sərvətinin təxminən 8,96 milyard dollar olduğunu təxmin edir.Onun altı övladı var.

araz.az xəbər portalı.